Sahil Babayev BƏT-in Baş direktoru Qay Rayder ilə görüşüb

 “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə  Q.Rayder arasında görüş keçirilib.

S.Babayev Q.Rayderin ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, bu səfərin Azərbaycan Respublikasının BƏT-ə üzv olduqdan sonrakı dövrdə Təşkilatın Baş direktorunun ölkəmizə ilk səfəri olduğunu bildirib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurları barədə məlumat verən S.Babayev əldə edilən iqtisadi nailiyyətlərin ilk növbədə vətəndaş rifahına xidmət etdiyini, iqtisadi islahatların sosialyönümlü xarakter daşıdığını və məşğulluq amilinin bu islahatlarda diqqət mərkəzində saxlandığını vurğulayıb.

Nazir Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin icrası, o cümlədən hər kəs üçün tam və səmərəli məşğulluğun təmin olunması istiqamətində məqsədyönlü dövlət siyasətinə malik olduğunu, bu sahədə BƏT-lə də faydalı əməkdaşlıq müstəvisinin formalaşdığını bildirib.

S.Babayev 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramında əhatə olunan prioritetlər üzrə əməkdaşlığın, əmək müfəttişliyi sisteminin və məşğulluq xidmətlərinin təkmilləşdirilməsi, qeyri-rəsmi məşğulluq hallarının aradan qaldırılması,  özünüməşğulluq proqramının icrası və genişləndirilməsi,  əmək bazarının tənzimlənməsi kimi vacib istiqamətlərdə əməkdaşlıq təcrübəsinin gələcəkdə uğurla davam etdiriləcəyini qeyd edib.

Q.Rayder Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, yoxsulluğun azaldılması, məşğulluğun təminatı sahəsində Azərbaycanda əldə olunan nailiyyətləri yüksək dəyərləndirib. O, BƏT-in qlobal önəm kəsb edən təşəbbüsləri və layihələri ilə bağlı ölkəmizin daim fəal və işgüzar mövqe tutmasından və bu Təşkilatla səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edib.  Q.Rayder Azərbaycanda dayanıqlı inkişaf şəraitində əmək və məşğulluq sahəsində həyata keçirilən məqsədyönlü islahatların bundan sonra da BƏT tərəfindən dəstəklənəcəyini vurğulayıb.

Görüşdə Azərbaycanla BƏT arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib, əməkdaşlıq gündəliyinin daha da genişləndirilməsinə dair yekdil fikir ifadə olunub.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında