Əmək və əhalinin sosial müdafiəsi naziri Mingəçevirdə qəbul keçirib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Mingəçevirdə bu şəhərin və Naftalan şəhərinin, Yevlax, Ağdaş, Goranboy rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Öncə S.Babayev və Mingəçevir  Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Qəbul zamanı vətəndaşların müraciətləri aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına, bərpa müalicəsinə cəlb edilmə, əlilliyin qiymətləndirilməsi, ayrı-ayrı sosial təminat növlərinə hüququn müəyyən olunması, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik yardımların verilməsi, əmək hüquqlarının müdafiəsi, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təmin olunması və s. məsələlərlə bağlı olub. S.Babayevin tapşırığı ilə ayrı-ayrı məsələlərin elə yerindəcə həll olunması təmin edilib. Eləcə də vətəndaşlardan bir qisminə müraciətlərinə uyğun olaraq peşə bacarıqlarına uyğun iş yerləri ilə təmin olunmaları üçün yaşadıqları ərazi üzrə vakant iş yerlərinə göndərişlər verilməsi tapşırılıb.

S.Babayev, eyni zamanda, bir sıra vətəndaşlara müraciətlərinə uyğun olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında”  fərmanını yüksək səviyyədə, vaxtında və tam şəffaf şəkildə həyata keçiriləcəyini diqqətə çatdırıb.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi yönündə aparılan işlərdən bəhs edən nazir bildirib ki, dövlət başçısının tapşırığına əsasən, sosial təminat və əlilliyin qiymətləndirilməsi sistemlərinin bütün həlqələrində şəffaflığın və ünvanlılığın tam təmin edilməsi, bu sistemlərin ilk növbədə sosial ədalət prinsipi üzərində formalaşdırılması hazırda nazirliyin əsas məqsədlərindən biridir.

O, Mingəçevir, Naftalan şəhərlərində, Yevlax, Ağdaş, Goranboy rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı, aztəminatlı ailələrin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılmasına dəstəyin göstərilməsi və digər sahələrdə görüləcək işlər barədə də məlumat verib. Nazirliyin Naftalan şəhərində və Yevlax rayonundakı Əlillərin Regional Bərpa Mərkəzlərində hazırda əsaslı təmir işlərinin aparıldığı və hər iki mərkəzdə müasir tələblərə uyğun reabilitasiya şəraitinin yaradılacağı diqqətə çatdırılıb.

Vətəndaşlar əhalinin sosial müdafiəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında