Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi facebook səhifəsinin Hindistanda, Meksikada da izləyiciləri var…

          Şəmkir Rayon İcra Hakimiyyəti maraqlı bir araşdırma aparıb. Məlum olub ki, təkcə bu həftə  rayon icra hakimiyyətinin rəsmi facebook səhifəsini dünyanın 46 ölkəsindən 40 min 30 nəfər izləyib. İzləyicilərin 50 faizdən çoxu təbii ki, Azərbaycandandır. İkinci yerdə Rusiya (8670 nəfər), üçüncü yerdə Türkiyə (1763 nəfər)-dir. Ukraynadan, Gürcüstandan, Almaniyadan olan izləyicilər də az deyil. Lakin ən maraqlı budur ki, bizdən on min kilometrlərlə aralıda yerləşən ABŞ-da, Hindistanda, Meksikada icra hakimiyyətinin səhifəsinə daxil olub məlumat əldə edən adamlar var.

          Qeyd edək ki, rayon icra hakimiyyəti sosial şəbəkənin bu qolundan olduqca məharətlə və səmərəli iştirak edir. Səhifə rayonda ideoloji işin çox mühüm tərkib hissəsinə çevrilib.

          Məlumat üçün bildirək ki, «Xalq qəzeti»nin rayonda minlərlə facebook izləyicisi var. Rayon haqqında saytımızda dərc olunan istənilən yazı dərhal səhifəyə yerləşdirilir və çox keçmir ki, onu yüzlərlə oxucu izləyir. Konkret fakt. Məsələn, «Səyyar qəbuldan sonra rayon rəhbərini samovar çayına qonaq etdilər» xəbərini bu günədək 1500 nəfərdən çox səhifə izləyicisi oxuyub. Təsadüfi deyil ki, xəbər üçüncü gündür ki,saytın «Ən çox oxunan yazılar» bölümündə birinciliyi əldən vermir.

                   Hamlet Qasımov,
«Xalq qəzeti»nin bölgə müxbiri

         

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında