Gəncə: şəhər rəhbəri Gülüstan yaşayış massivinin sakinləri ilə görüşdü...

Gəncə Şəhər İcra Hakimiyytətinin başçısı Elmar Vəliyev Gülüstan yaşayış massivi, Aydın Əliyev küçəsində aparılan abadlıq işlərindən sonra sakinlərlə görüşüb. Şəhər rəhbəri əvvəlcə ərazidə aparılan təmir-bərpa işləri ilə yaxından tanış olub. Burada 1200 metr məsafədə eni 16 metr olan yol və onun səki hissəsi tam asfaltlanıb, sahəyə 2400 paqonmetr bordür daşı düzülüb, ictimai nəqliyyat üçün dayanacaq yaradılıb, 45 ədəd yeni işıq dirəyi quraşdırılıb. Bununla yanaşı 100-dən çox evin fasadı təmir olunub və burada 200-dən çox ağac və gül kolları əkilib. Ərazinin su, kanalizasiya, qaz və elektrik şəbəkəsi tam yenilənib.

Şəhər icra hakimiyyətinin başçısı bildirib ki, Gəncədə həyata keçirilən irimiqyaslı tikinti layihələri daha da sürətlənəcək. Şəhərin icməli su və kanalizasiya sistemi yenidən qurulur. Bütövlükdə layihə 5 mərhələdə həyata keçiriləcəkdir. Bu ilin sonuna kimi 30-a yaxın küçə asfaltlanacaq, Nizami Gəncəvi prospektinin yenidən qurulması işinə başlanılacaq. Bunlarla yanaşı 3 otelin inşası davam etdirilir, Gəncə çayının sol sahilində aparılan abadlıq işlər sürətləndirilir.

Görüşdə ərazidə yaşayan sakinlərin fikir və təklifləri də dinlənilib. Onlar göstərilən diqqət və yaradılan şəraitə görə dövlət başçısı və şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Aydın Əliyev küçəsində Kəlbəcərdən olan məcburi köçkünlər də yaşayırlar. Onların məskunlaşdıqları bina qəzalı vəziyyətdə olduğundan, sakinlərin yaxın vaxtlarda inşa olunacaq yeni binaya köçürülmələri nəzərdə tutulub.

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında