Səyyar qəbuldan sonra rayon rəhbərini samovar çayına qonaq etdilər…

Şəmkirin Dağ Daşbulaq kəndində rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun səyyar qəbul-görüşü olub.

Qəbulda əvvəlcə Dağ Daşbulaq kənd İƏD üzrə nümayəndə Rasim Vəliyev çıxış edib, kəndin sosial-iqtisadi durumu, əhalinin  məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.

Görüşdə çıxış edən Alimpaşa Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində, o cümlədən sosial-iqtisadi sahədə yüksək nailiyyətlərin əldə edildiyini diqqətə çatdırıb və bildirib ki, növbəti illərdə də Azərbaycanın dünyada sayılıb-seçilən dövlətlərdən biri olacağına heç kəsdə şübhə yoxdur.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Kənd ağsaqqalı Ziyad Qarayev çıxış edərək sakinlər adından 11 aprel Prezident seçkilərində qazanılan qələbə münasibətilə cənab İlham Əliyevi, eləcə də xalqımızı təbrik edib, ürək sözlərini bildirib. Qeyd olunub ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin edilib və bütün bunlara görə  biz ölkə Prezidentinə hədsiz minnətdarıq. Çünki Prezidentimiz əhalinin sosial problemlərinin həlli istiqamətində yorulmadan fəaliyyət göstərir.Z. Qarayev üzünü rayon rəhbərinə tutaraq deyib: “Sizin kəndimizə ötən ilki gəlişinizdən sonra yollarımız abadlaşdırıldı və buna görə çox sağ olun. Amma Dağ Daşbulaq ucqar dağ kəndi olduğundan yağıntılardan sonra yollar bir qədər yararsız hala düşüb. Onun yenidən düzəldilməsinə köməklik göstərməyinizi xahiş edirik”. Daha sonra digər problemlərdən danışan sakinlər kənddə elektirik dirəklərinin yenilənməsinə ehtiyac olduğunu bildirdilər. 
Qaldırılan məsələlər barədə əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.

Səyyar qəbul-görüş başa çatdıqdan sonra Dağ Daşbulaq kənd ağsaqqalları rayon rəhbərini  samovar çayına qonaq etdilər. Çay süfrəsi arxasında ağsaqqallarla səmimi söhbət edən Alimpaşa Məmmədov onlara təşəkkür etdi və dedi ki, sizinlə hər görüş bizə yeni stimul, qol-qüvvət verir.

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri  

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında