Bakıda beynəlxalq konfrans keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və  Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə mayın 21-də Bakı şəhərində  “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

Konfransda iştirak etmək üçün BƏT-in Baş direktoru Qay Rayderin ölkəmizə səfəri planlaşdırılıb. Bu, Azərbaycan Respublikasının BƏT-ə üzv olduğu  dövrdə Təşkilatın Baş direktorunun ölkəmizə ilk səfəri olacaq. Tədbirdə beynəlxalq qurumların, ayrı-ayrı ölkələrin hökumətlərinin, həmkarlar ittifaqlarının və işəgötürənlər təşkilatlarının yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər. 

BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri bəşəriyyəti dayanıqlı inkişaf yoluna səfərbər etmək üçün dünya liderləri arasında razılaşdırılaraq təsdiqlənmiş hədəfləri özündə əhatə edir. Azərbaycan Respublikası da BMT-yə üzv dövlətlərin 2015-ci ilin sentyabr ayında keçirilən Dayanıqlı İnkişaf Sammitində Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Hazırda Məqsədlərin icrası işlərinin əlaqələndirilməsi üçün ölkəmizdə aidiyyəti dövlət orqanlarının və sosial tərəfdaşların rəhbər şəxsləri səviyyəsində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası da fəaliyyət göstərir.

Eyni zamanda, ötən dövrdə ölkəmizdə həyata keçirilən inkişaf strategiyasında məşğulluq amili ön planda saxlanılmaqla, əmək bazarının inkişafı və əhalinin səmərəli məşğulluğunun təminatı istiqamətində mühüm irəliləyişlərə nail olunub. Bunun nəticəsidir ki, Azərbaycan BMT-nin “2030 Gündəliyi”nin və Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci Məqsədin (Layiqli əmək və iqtisadi inkişaf) icrası ilə bağlı region üzrə fokus ölkə kimi müəyyən olunub.

Konfrans çərçivəsində “Əməyin arzuolunan gələcəyi” mövzusunda plenar sessiya keçiriləcək, iqtisadi inkişafın inklüziv, davamlı və iş yerlərinin açılması baxımından səmərəliliyinin təmin edilməsi, qeyri-rəsmi iqtisadiyyatdan rəsmi iqtisadiyyata keçid, Dayanıqlı İnkişaf Məqsədləri üzrə monitorinq sistemlərinin tətbiqi məsələləri ətrafında panel iclaslar səviyyəsində müzakirələr aparılacaq. Layiqli əmək konsepsiyasının təbliği və reallaşdırılmasında region ölkələrinin əldə etdiyi nailiyyətlər nəzərdən keçiriləcək, təcrübə mübadiləsi aparılacaq.

Konfrans  zamanı “Bakı EXPO 2025” ilə bağlı təqdimatın keçirilməsi də nəzərdə tutulub.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında