“Azərbaycan Respublikasının dövlət təhlükəsizliyində sosial siyasətin yeri və rolu”

Beynəlxalq Mətbuat Mərkəzində siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklinin “Azərbaycan Respublikasının dövlət təhlükəsizliyində sosial siyasətin yeri və rolu” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Tədbiri açan müəllif monoqrafiya haqqında geniş məlumat verərək bildirdi ki, təqdimat mərasimi ümummilli lider Heydər Əliyevin 95 illik yubleyinə həsr olunub. Çünki müstəqillik illərində Azərbaycan dövlətinin sosial siyasətinin əsasları məhz ulu öndərin hakimiyyəti illərində işlənib hazırlanmışdır.

 Müəllif qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qaydışından sonra onun gərgin səyləri nəticəsində  ölkəmizdə olan ağır ictimai-siyasi vəziyyət normal  məcraya  düşdü və iqtisadiyyatda irəliləyiş meylləri artmağa başladı. Bütün sahələrdə yeni siyasi strategiya müəyyənləşdirildi, köklü islahatlar həyata keçirildi.  Bu monoqrafiyanın yazılmasında məqsəd də  sosial siyasətin öyrənilməsi zamanı qarşıya qoyulan bir sıra problemləri araşdırmaqdır.

G. Məlikli vurğuladı ki, ümummilli liderimiz Heydər Əliyev və  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial siyasətlə bağlı irəli sürdükləri  konsepsiyalar, həyata keçirdikləri tədbirlər, eyni zamanda, sosial siyasətlə bağlı olan klassik və müasir nəzəriyyələr monoqrafiyanın nəzəri-metodoloji əsaslarını təşkil edir. Kitabda Azərbaycanın siyasi elmi üçün aktual olan, kifayət qədər araşdırılmayan dövlət təhlükəsizliyində sosial siyasətin yeri və rolu problemi ətraflı şəkildə tədqiq edilib.

Milli Məclisin deputatı, əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəbli təqdimat mərasimində çıxış edərək bildirdi ki, monoqrafiyada bugün üçün aktual olan bir çox məsələlər geniş şərh edilib. Natiq söylədi ki, dünyada gedən qloballaşma, transformasiyalar və demokratikləşmə prosesləri mərhələsində dövlət təhlükəsizliyinin təmin olunması olduqca aktual, həyati bir məsələyə çevrilmişdir.  Təhlükəsizliyin əsas məqsədi dövlətin milli maraqlarını qorumaq və bu maraqlar çərçivəsində inkişafı nəzərdə tutan normal mühitin yaradılmasıdır. Dövlət təhlükəsizliyinin möhkəmlənməsinə təsir edən amillər arasında dövlətin apardığı sosial siyasət xüsusi yer tutur. Bu baxımdan  Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial siyasət əhalinin rifah halının yaxşılaşması ilə yanaşı, həm də dövlət təhlükəsizliyinə, sabitliyə təminat yaradır. Bu uğurlu sosial siyasət eyni zamanda siyasi hakimiyyətin möhkəmləndirilməsində mühüm vasitə hesab edilir. Bu baxımdan  belə bir monoqrafiyanın yazılması çox vacib əhəmiyyət kəsb edir.

Sonra  BDU-nun sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə, sosiologiya kafedrasının müdiri, professor İzzət Rüstəmov  və digər qonaqlar çıxış edərək əsərin aktuallığından, tədris vasitəsi kimi dəyərindən  danışdılar.

Ü.VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında