Sahil Babayev: İctimai şura ilə əməkdaşlığın daha səmərəli mexanizmlər üzərində qurulması təmin olunmalıdır

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında fəaliyyət göstərən ictimai şuranın üzvləri ilə görüşündə vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün müəyyən edilmiş əsas vəzifələrdən biri sosial müdafiə sistemində şəffaflığın və bu sistemin sosial cəhətdən həssas qruplara əlçatanlığının, əhaliyə xidmətlərdə sosial ədalət prinsipinin tam təmin edilməsidir. Təbii ki, bu istiqamətdə aparılan işlərin səmərəli təşkilində ictimai nəzarət mühüm rola malikdir.  Nazirlik yanında ictimai şuranın fəaliyyəti bu baxımdan, eyni zamanda normativ-hüquqi bazanın cəmiyyətin istək və maraqlarına uyğunlaşdırılmasında  xüsusi önəm kəsb edir.

Nazir bildirib ki, ümumilikdə əmək və sosial müdafiə sahələrində qanunvericiliyin təkmilləşməsinə, şəffaflıq və ədalət prinsipinin güclənməsinə yönələn islahatlarda ictimai şura ilə əməkdaşlığın daha səmərəli mexanizmlər üzərində qurulması təmin olunmalıdır. Şurada 15  vətəndaş cəmiyyəti institutu təmsil olunur ku, bu gün onlar əhatə etdikləri geniş əhali qrupları ilə nazirlik arasında körpü rolunu oynayırlar. Bu mənada həmin əhali qruplarının  rəy və təkliflərinin öyrənilməsi, aparılan islahatların cəmiyyətin maraqları ilə uzlaşdırılması, bu və ya digər aidiyyəti fəaliyyət sahəsində nöqsan və çatışmazlıqların aşkar edilməsi və aradan qaldırılması işlərində ictimai şuranın daha aktiv dəstəyi çox vacibdir.

Nazir bildirib ki, özünüməşğulluq proqramının icra mexanizminin vacib hədəfə - aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin  kiçik biznesə çıxışına imkan yaradılması hədəfinə uyğun təkmilləşdirilməsində də bu əməkdaşlıq öz töhfəsini verə bilər.  Eyni zamanda, birgə fəaliyyətin əlilliyin qiymətləndirilməsi sisteminin daha təkmil şəkildə qurulması, reabilitasiya səviyyəsinin artırılması üçün vacib olan fərdi reabilitasiya proqramının hazırlanması sahələrini də əhatə etməsi məqsədyönlü olar. Sosial sifarişlər əsasında layihələrin icrası zamanı toplanan təcrübə və məlumatlar sosial cəhətdən həssas qruplarla bağlı  siyasətin təkmilləşdirilməsində önəmli ola bilər.

İctimai şuranın üzvləri gələcək əməkdaşlıqda yeni istiqamətlərin müəyyən olunması ilə bağlı təkliflərini bidiriblər.

Eyni zamanda nazirlik tərəfindən icra olunan proqram və layihələr, o cümlədən beynəlxalq qurumlarla birgə həyata keçirilən layihələr barədə ictimai şuranın mütəmadi məlumatlandırılmasının, vaxtaşırı olaraq onlar üçün təqdimatlar edilməsinin məqsədəuyğun ola biləcəyi qeyd edilib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında