“Azərbaycan deyəndə Səni düşünürük biz”

Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, YAP rayon təşkilatı və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Azərbaycan deyəndə Səni düşünürük biz” adlı tədbir keçirilib. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatları Nizami Cəfərov, Hikmət Babaoğlu, Kamaləddin Qafarov, Azərbaycan Milli Elmlər Akademiyası akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, RİH başçısının müavinləri, şöbə müdirləri, hüquq-mühafizə orqanlarının və dövlət idarələrinin rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar.

Tədbirdə çıxış edən Milli Məclisinin deputatı Nizami Cəfərov dahi şəxsiyyətin xalqımıza göstərdiyi misilsiz xidmətlərindən danışıb. O, Heydər Əliyevin tarix boyu mühüm ideyaları həyata keçirərək ədəbiyyatımıza, milli – mənəvi dəyərlərimizə böyük diqqət ayırdığını, eyni zamanda, ana dilimizə dərindən bələd olduğunu vurğulayaraq ümummilli liderin siyasi kursunu bu gün Prezident İlham Əliyevin uğurla və qətiyyətlə davam etdirdiyini diqqətə çatdırıb.

Milli Məclisinin deputatı Hikmət Babaoğlu qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarıb, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkətin işıqlı sabahının etibarlı bünövrəsini yaradıb. Natiq xatırladıb ki, Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır və XX əsrin 60-cı illərinin sonundan başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnib.

Azərbaycanın müstəqilliyinin bərpasından söz açan Milli Məclisin deputatı Kamaləddin Qafarov ilk illərdə ölkəmizdə bütün sahələrdə yaşanan tənəzzüldən danışaraq yalnız ümummilli liderin hakimiyyətə qayıdışından sonra respublikamızın dinamik inkişaf yoluna qədəm qoyduğunu, beynəlxalq ictimaiyyət arasında dərin hörmət və nüfuz qazandığını deyib.

Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov bu gün xalqın seçim və dəstəyi ilə Heydər Əliyevin gerçək siyasi varisi kimi qəbul edilən və Azərbaycanın mərdlik, mətanət və ləyaqət simvoluna çevrilən Prezident İlham Əliyevin ulu öndərin yaratdığı geniş fəaliyyət perspektivlərini məharətlə, doğru-düzgün dəyərləndirərək xalqı daha firavan gələcəyimizin yoluna işıq saçan yeni üfüqlərə doğru apardığını diqqətə çatdırıb.

Sonda çıxış edən rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ulu öndərimizin hər bir azərbaycanlının həyatında dərin iz qoyduğunu vurğulayıb. Natiq bildirib ki, bu gün hər birimiz dahi rəhbərin qurub-yaratdığı, dünyaya tanıtdığı müasir, müstəqil Azərbaycanın vətəndaşları olmağımızla fəxr edirik.

X. İsgəndərov Heydər Əliyev vətənpərvərliyinin, mərdliyinin, mübarizliyinin həmişə hər birimiz üçün nümunə olduğunu və onun Azərbaycan xalqının əbədiyaşar lideri kimi daim qəlblərimizdə yaşayacağını qeyd edib. Xalqı üçün yaşayan, hər şeydən öncə əcdadlarının təmiz və şərəfli adını qorumaq uğrunda yorulmadan çalışan bir insana öz layiqlı adını, qiymətini elə onun xalqı verə bilər, deyən natiq, Heydər Əliyevi bütün dövrlərin ən böyük azərbaycanlısı adlandırıb.

Mərasim rəsmi hissədən sonra konsert proqramı ilə davam etdirilib.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında