Ulu öndərin doğum günündə Nəsimi rayonunda yeni park istifadəyə verilmişdir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı paytaxtın Nəsimi rayonunda da  silsilə tədbirlər keçirilmişdir. Ümumxalq bayramına çevrilmiş 10 Mayda mikrorayon ərazisində daha bir istirahət parkı istifadəyə verilmişdir.

Əvvəllər baxımsız qalmış bir hektara yaxın ərazidə genişmiqiyaslı abadlıq işləri aparılmış, müxtəlif növ ağac və gül kolları əkilmiş, yeni qazon örtüyü döşənmişdir. Parkda suvarma xətti çəkilmiş, müasir işıqlandırma sistemi, söhbətgahlar quraşdırılmışdır. Sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün ərazidə zəruri şərait yaradılmışdır.

Mərasimdə sakinləri təbrik edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji yolun xalqımızı tərəqqi və xoş güzərana qovuşdurduğunu vurğulamış. Prezident İlham Əliyevin himayəsi ilə son illərdə rayonda aparılmış əsaslı abadlıq-quruculuq işləri, gerçəkləşdirilən yeni layihələr barədə məlumat vermişdir.

 Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoral və şənliklərdə iştirak etmək üçün nəsimililərə qonaq gəlmiş İzmit Bələdiyyəsinin nümayəndə heyəti parkla yaxından tanış olmuşlar. Sakinlərlə söhbətlərdə iki xalqın dostluq və qardaşlığının “bir millət-- iki dövlət” səviyyəsinə qaldırılmasında türk dünyasının unudulmaz lideri Heydər Əliyevin tarixi xidmətlərindən danışılmışdır.

Sakinlər rayonda aparılan sürətli yeniləşmə prosesinə göstərdiyi davamlı köməyə və bayram hədiyyəsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 Rayon rəhbərliyi və qonaqlar əziz gündən yadigar olaraq yeni parkda fidanlar əkmiş, rayon məktəblilərinin əl işlərindən ibarət sərgiyə və uşaqların şən çıxışlarına baxmışlar.

*  *  *

Qonaqlarla  Nəsimi Rrayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon rəhbəri Asif Əsgərov ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qazanılması və qorunmasında, xalqlarımız arasında dostluq əlaqələrinin qurulması və möhkəmlənməsində tarixi rolundan söhbət açmışdır. Qeyd edilmişdir ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında strateji münasibətləri bu təməl üzərində uğurla davam etdirirlər.

Görüşdə Nəsimi rayonu ilə İzmit Bələdiyyəsi arasında son illərdə yaranmış dostluq münasibətlərini daha da möhkəmləndirmək yollarına diqqət yetirilmiş, qarşılıqlı hədiyyələr təqdim edilmişdir.

  “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında