Elektron çıxarışı onlayn yoxla

Artıq elektron çıxarışa sahib olan vətəndaşlar öz sənədlərinin həqiqiliyini onlayn olaraq yoxlaya bilirlər. Bunun üçün istifadəçilərdən heç bir ödəniş tələb olunmur. Xidmət ödənişsiz olaraq yerinə yetirilir. Vətəndaşlar Elektron Hökumət Portalına (http://e-emdk.gov.az/eemdk/az/CheckElectronExtract) daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdir.

Xidmətin istifadəsində məqsəd daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əlçatanlığı artırmaq, məmnunluğu yüksəltmək, operativliyi təmin etməkdir.

Bununla mülkiyyətçilərin evlərinə kommunal xidmətlər qoşulanda tələb olunan çıxarışı müvafiq idarəyə gətirməsinə ehtiyac qalmır. Həmin qurum elektron çıxarışın yoxlanması sistemindən istifadə etməklə mülkiyyəti təsdiq edən sənədlə tanış ola bilər.

Eyni zamanda, vətəndaşlar hər hansı bir şəxsi mənzillərinə qeydiyyata aldırmaq istədikdə bu elektron xidmətdən istifadə edə bilir. Belə ki, əvvəllər mülkiyyətçi bu işi həyata keçirmək üçün əmlaklarına dair çıxarışını kağız formasında notariusa təqdim edirdilər. Ancaq indi vətəndaş mülkiyyət sənədini gətirmədən, notarius adıçəkilən xidmətdən istifadə etməklə çıxarışın həmin şəxsə mənsub olub olmadığını yoxlaya bilir.

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatının tam olaraq elektron müstəviyə keçidinin təmin edilməsi istiqamətində işlərini sürətləndirəcək. Müasir yanaşmalardan, innovativ üsullardan istifadə etməklə əhalinin əmlakının daha rahat yolla qeydiyyata alınması işini davam etdirəcək.

 

                                                                                                   Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında