Ağstafa:çay süfrəsi arxasında xatirələr dil açdı...

          Dünən Ağstafada faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibəti ilə Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüş olub. Ağstafa şəhər sakini, ikinci Dünya Müharibəsinin iştirakçısı Abdulla Əliyevin yaşadığı evdə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

          Çay süfrəsi arxasında keçən görüşdə rayon cra hakimiyyətinin başçısı Qələbənin 73-cü ildönümü münasibətlə veteranları təbrik etmiş, 2-ci dünya müharibəsi illərində Azərbaycan vətəndaşlarının göstərdikləri igidlik və qəhrəmanlıqları barədə geniş söz açmışdır. Qeyd olunub ki, ulu öndərimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə veteranlar və onların ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm tədbirlər icra olunur.

          Çıxış edən veteranlar və rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin onlara hər zaman göstərdiyi yüksək diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

          Tədbirdə veteranlarla xatirə şəkli çəkdirilmiş, onlara qiymətli hədiyyələr təqdim olunmuşdur.

                   Hamlet Qasımov,
«
Xalq qəzeti»nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında