Suraxanıda “Heydər Əliyev və ölkənin milli təhlükəsizliyi” mövzusunda konfrans keçirilib

Suraxanıda ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunan növbəti tədbir – “Heydər Əliyev və ölkənin milli təhlükəsizliyi”  mövzusunda konfrans rayondakı Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, rayon icra hakimiyyəti və YAP  rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.  

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində reallaşan mərasimdə iştirak edən icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı, rayon ziyalıları və ictimaiyyət nümayəndələri əvvəlcə dahi şəxsiyyətin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək, burada məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıblar.  

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan, 2 saylı uşaq evinin sakinlərinin çəkdikləri rəsmlərə, əl işlərinə, ulu öndərlə bağlı kitab və poçt markalarına baxışdan sonra mərkəzin sifarişi ilə hazırlanan ümummilli liderin həyatından bəhs edən “Millət atası” filmi nümayiş olunub.

Konfrans dövlət himninin səsləndirilməsi ilə başlayıb. Giriş sözü ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Heydər Əliyev deyəndə  müstəqil dövlətçiliyimizi, ölkəmizdə yaradılan möhkəm sabitliyi, əmin-amanlığı, inkişaf və tərəqqini düşünürük.   Ulu öndərin xalqı, milləti və Vətəni qarşısında xidmətləri ölçüyəgəlməzdir.

Natiq qeyd edib ki, bu mərasim ümummilli liderin dühasının, genişmiqyaslı və məqsədyönlü fəaliyyətinin bir sahəsi olan ölkənin milli təhlükəsizliyinə həsr olunub. Bu da təsadüfi deyil. Çünki dahi şəxsiyyət əmək fəaliyyətinə dövlət hakimiyyətinin mühüm strukturlarından biri olan təhlükəsizlik orqanında başlayıb.

İ. Abbasov daha sonra deyib: “ Ötən əsrin 50-ci illərindən etibarən ulu öndərin səyilə təhlükəsizlik orqanlarında azərbaycanlıların xüsusi çəkisi sürətlə artmağa başladı. Bu sistemdə formalaşan yeni nəsil sonralar müstəqil Azərbaycanın milli təhlükəsizlik orqanlarının kadr potensialının özəyini təşkil ediblər... Azərbaycanın bir çox görkəmli ziyalılarını milli düşüncələrinə görə təqiblərdən də məhz Heydər Əliyev qoruyub”. 

Rayon icra hakimiyyətinin başçısı nitqində, həmçinin Azərbaycanın yenidən müstəqillik əldə etdiyi ilk illərdə ölkəmizdə xaosun, anarxiyanın baş alıb getdiyini, vətəndaş müharibəsi təhlükəsinin yarandığını,   müstəqilliyimizin  itirilməsi təhlükəsi ilə üzləşildiyini xatırladıb. Bildirib ki, belə çətin, ağır bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, tükənməz Vətən sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etdi.

Böyük iftixar hissi ilə vurğulamaq istəyirəm ki,  ümummilli lider Heydər Əliyevin milli təhlükəsizlik siyasəti və strategiyası bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin baş idarə rəisi Araz Əhmədov  konfransda çıxış edərək bildirib ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, milli dövlətçiliyi   bütün təhlükələrdən xilas edib qoruyan, inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunub. Dövlət quruculuğunda özünə sarsılmaz abidə ucaldan ümummilli lider 25 il Dövlət Təhlükəsizlik orqanlarında ləyaqətlə xidmət edib. 

Konfransda  Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının professoru Cəlal Qasımov, “Azərbaycan Xüsusi Xidmət Veteranları” İctimai Birliyinin üzvü Mirzəağa Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin istefada olan polkovniki, “Bahar Energy operating Company Limited” Şirkətinin Azərbaycandakı  nümayəndəliyinin vitse-prezidenti Elşad Həsənov, YAP rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək ulu öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, milli təhlükəsizliyinin təmin olunması istiqamətində əvəzsiz rolu haqqında ətraflı məlumat veriblər. 

Konfransın sonunda Dövlət Təhlükəsizliyi Xidmətinin baş idarə rəisi Araz Əhmədova Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin xatirə hədiyyəsi təqdim olunub. 

Mərasim rayondakı Heydər Əliyev parkında respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə konsert və atəşfəşanlıqla yekunlaşıb. Konsert İctimai Televiziya ilə canlı yayımlanıb. 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında