142 “Çağrı mərkəzi” 14,6 mindən çox müraciəti cavablandırıb

Cari ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 “Çağrı mərkəzi”nə daxil olan 14622 müraciətin 96,8 faizi bu və ya digər sosial təminat növünə hüququn müəyyən olunması, əmək hüquqları, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, nazirliyin elektron xidmətlərindən istifadə, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma və s. kimi aidiyyəti məsələlərlə bağlı sorğu xarakteri daşıyıb.

Həmin müraciətlərə cavab olaraq, vətəndaşlara onları maraqlandıran məsələlərə dair qanunvericiliyin müvafiq maddələri əsasında izahatlar verilib. Digər müraciətlər isə məzmununa uyğun şəkildə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Vətəndaşların müvafiq məsələlərə dair müraciətlərinə cavab olaraq onların məlumatlandırılması məqsədilə aprel ayı ərzində 59881 SMS göndərilib.

Qeyd olunanlarla yanaşı, “Çağrı mərkəzi” əlilliyin və ya sağlamlıq imkanları məhdudluğun qiymətləndirilməsinin nəticəsi, habelə ünvanlı dövlət sosial yardımının alınması üçün edilmiş müraciətə baxılmasının cari vəziyyəti barədə məlumat əldə etməyə də imkan verir. 

Ümumilikdə cari ilin yanvar-aprel aylarında ƏƏSMN-nin “Çağrı mərkəzi” tərəfindən 58362 müraciət cavablandırılıb. 

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında