Yarış qaliblərinə kubok və medallar təqdim edilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) struktur bölmələrinin əməkdaşları arasında təşkil olunan mini futbol və şahmat yarışları yekunlaşıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, mini-futbol turnirinin qalib komandaları arasında keçirilən final yarışını əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəhbər şəxslər izləyib.

Tədbirdə S.Babayev xalqımızın ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70--80-ci illərində respublikamızın bütün sahələrdə inkişaf etdirilməsi və 1993-cü ilin iyun ayında xalqın iradəsi ilə yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs edib.

Nazir ulu öndərimizin, eyni zamanda, Azərbaycanın hər bir vətəndaşının rifahına təminat yaradan sosial dövlət kimi formalaşması və inkişafı, müstəqil ölkəmizdə etibarlı sosial müdafiə sisteminin yaradılması üçün məqsədyönlü addımların atılmasını  təmin etdiyini diqqətə çatdırıb.

Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursuna əsaslanan müstəqil Azərbaycan dövlətinin inkişafı strategiyasının Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirildiyi, bunun nəticəsi kimi, dövlətimizin hər bir azərbaycanlıda qürur doğuran tarixi uğurlara, qələbələrə, habelə sosial sahədə mühüm irəliləyişlərə nail olduğu vurğulanıb.

Nazir ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə ƏƏSMN-nin əməkdaşları arasında idman yarışlarının təşkil olunmasının gənclər arasında sağlam həyat tərzinin təbliğinə, idmanın kütləvi xarakter almasına dəstək məqsədinə yönəldiyini diqqətə çatdırıb.

Sonda S.Babayev qalib komandanın üzvlərinə  kubok və medalları təqdim edib.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında