Gəncədə əhalinin tibbi müayinəsi uğurla davam etdirilir

Ölkə prezidentinin müvafiq tapşırığına uyğun olaraq bu il də əhalinin profilaktik tibbi müayinələri Gəncə şəhərində uğurla davam etdirilir. Fevralın 12-dən başlanan tibbi müayinələr ərazi poliklinikaları tərəfindən əvvəlcədən tərtib olunmuş cədvəllər üzrə aparılır. Növbəti belə bir müayinə şəhərdəki 5 saylı poliklinika tərəfindən Məhsəti qəsəbəsində kecirilib. Qəsəbədə 15 mindən bir qədər cox sakin yaşayır. Poliklinikanın baş həkimi Asim Kazımovun sözlərinə görə 21 sayli orta məktəbdə təşkil olunan müayinələr zamanı 172 vətəndaş tibbi baxışdan keçirilmişdir.

- Poliklinikamızın ərazisində 21min nəfərdən çox 18 yaşdan yuxarı vətəndaş yaşayır. Fevralın 12-dən bu günədək artıq 16 mindən cox sakin tibbi baxışlardan keçib. Onlardan 12 nəfəri tibbi muayinə və müalicə üçün Bakı şəhərinə, 104 nəfər Gəncənin müxtəlif stasionar tibb müəssisələrinə göndərilmişdir. Bu müddətdə 724 vətəndaşa ambulator müalicə təyin edilmişdir.

Qəsəbədə təşkil olunan profilaktik müayinələrdə terapevt, cərrah, nevropatoloq, göz həkimi və başqa  ixtisas həkimləri, səyyar rentgenoflüoroqrafik, laborator və tibbi göstəriş üzrə müxtəlif müayinələrlə yanaşı, həmçinin qadın əhalisinə mama-ginekoloji baxışlar keçirilib.

Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi, professor Əlikram Məmmədov müxbirimizlə söhbət zamanı demişdir ki, ötən müddət ərzində tibbi müayinələrlə bağlı Səhiyyə Nazirliyinin aparıcı mütəxəsislərdən ibarət qrupu Gəncə şəhərinə bir neçə dəfə ezam olunmuşdur.  Həmin mütəxəsislər tərəfindən həm Gəncə əhalisi, həm də qonşu rayonlarda qeydiyyatda olan xəstələr üçün baxış, məsləhət və konsiliumlar kecirilmişdir.

Səhiyyə idarəsinin rəisi qeyd edib ki, əhalinin tibbi proflaktik baxışı bundan sonra da davam edəcək. Novbəti qrafiklərə uyğun digər qəsəbə və yaşayış məntəqələrində, eləcə də aidiyyatı üzrə poliklikalarda tibbi baxışların keçirilməsi planlaşdırılır.

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

     

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında