Qobustan rayon Xilmilli kəndində kənd sakinləri ilə görüş keçirildi

Qobustan rayon Xilmilli kəndində RİH başçısı Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi. Görüşdə ilk öncə Xilmilli kənd İƏD üzrə nümayəndə Bayramov Adil Şıxbala oğlu hesabat verərək ötən il ərzində kənddə görülən işlər barədə danışdı. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki ,əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.


   Sonra kənd əhalisindən Orucov Əlçi Mirşah oğlu, Mansurov Xudaman Bərxud oğlu, Mirzəyev Arif Əlimirzə oğlu çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdilər. Kəndin daxilində yerləşən elektrik, rabitə dirəklərinin yenisi ilə əvəz olunmasını və kəndə su xəttinin çəkilməsini xahiş etdilər.


      Sonda Qobustan RİH başçısı Adil Məmmədov çıxış edərək bildirdi ki,  kənddə kənd təsərrüfatına xüsusi yer verildiyini və bütün əkinçilərin aqrotexniki qaydalara əməl etdiyini və ziyanvericilərə qarşı aparılan mübarizənin  qənaətbəxş hesab edilsə də, mübarizənin davam etdirilməsini vurğuladı. Qeyd etdi ki, çətinliklər də yaxın vaxtlarda öz həllini tapacaq.

 

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında