Rayon rəhbəri sakinlərlə görüşmədən, onların rəyini öyrənmədən binalarda təmir-bərpa işləri aparılmır...

          Artıq bu ənənənə neçə illərdir Ağstafada davam edir. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çoxmənzilli yaşayış binalarının sakinləri ilə görüşmədən, onların arzu və təkliflərini nəzərə almadan təmir-bərpa işlərinin aparılmasına göstəriş vermir. Beləcə elə yaşayış binası qalmayıb ki, rayon rəhbəri orada bir neçə dəfə olmasın, sakinlərlə görüşməsin. Hər dəfə də maraqlı söhbətlər olur. Məhərrəm Quliyev söhbətlər zamanı dönə-dönə vurğulayır ki, bütün bu işlər cənab Prezidentimiz İlham Əliyevin xüsusi tapşırığı, qayğısı və köməyi sayəsində həyata keçirilir. Sakinlər də öz növbəsində ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirir və bu gün Ağstafanın hər ay, hər il tanınmaz dərəcədə dəyişməsini bu diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirirlər.

 … Növbəti görüş də yaddaqalan oldu. İcra hakimiyyətinin başçısı rayonun bir sıra məsul şəxsləri ilə birlikdə Ağstafa şəhərində növbəti təmir olunacaq çoxmənzilli yaşayış binalarına və mərkəzi küçələrə baxış keçirdi. O, binaların həyətində və küçələrdə sakinlərlə görüşdü, onları narahat edən digər məsələlərlə maraqlandı. İcra hakimiyyətinin başçısı dedi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları və qarşıya qoyduğu vəzifələrin icrası nəticəsində son illərdə Ağstafa rayonunda genişmiqyaslı abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələrin icrası geniş vüsət alıb. Bu işlərin nəticəsidir ki, rayonun mərkəzi küçələri əsaslı şəkildə yenidən qurulur, çoxmənzilli yaşayış binalarında təmir-bərpa işləri aparılır. İcra olunan bütün bu tədbirlər Ağstafanın inkişafı, ağstafalıların isə daha rahat, qayğısız yaşamalarına hesablanmış addımlardır. Ağstafa daim diqqət və qayğı ilə əhatə olunub. Artıq rayon 100 faiz qazlaşdırılıb. Digər infrastruktur layihələri də uğurla davam etdirilir.

                   Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında