Lənkəranda “Müasir inkişaf mərhələsində elm, təhsil və istehsalatın vəhdəti” mövzusunda respublika elmi –praktiki konfransı keçirilib

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılovanın redaksiyamıza ünvanladığı məlumatda bildirilir ki, bu ali məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Müasir inkişaf mərhələsində elm, təhsil və istehsalatın vəhdəti” mövzusunda keçirilən  respublika  elmi-praktik konfransının iştirakçıları  öncə  Lənkəran şəhərinin mərkəzində ulu öndərin adını daşıyan xatirə parkına gələrək əzəmətli abidəsini ziyarət edib, xatirə kompleksinin  önünə təzə-tər çiçəklər düzüblər.

LDU-nun geniş akt zalında keçirilən konfrans işinə  dövlət himnimizin ifası ilə start verib. Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov tədbiri  giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və konfransın işində uğurlar arzulayıb. Ulu öndər H.Əliyevin Azərbaycan dövlətinin inkişafı naminə , xalqın tərəqqisi istiqamətində gördüyü çoxşaxəli fəaliyyətdən, ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından bəhs edən professor Natiq İbrahimov Prezident İlham Əliyevin ölkənin davamlı inkişaf xəttini  bu gün  uğurla davam etdirdiyini bildirib, Lənkəran Dövlət Universitetində son iki ildə əldə edilən nailiyyətləri bu  uğurlu siyasətin  əməli  nəticəsi adlandırıb.

“Müasir inkişaf mərhələsində elm, təhsil və istehsalatın vəhdəti” mövzusunda geniş məruzəni texnika elmləri doktoru, professor Mikayıl Məhərrəmov təqdim edib. Məruzədə Azərbaycanda və dünyada  elm və istehsalatın vəhdəti  istiqamətində aparılan işlər, qazanılan uğurlar, həllini gözləyən problemlər və gələcək hədəflər müqayisəli şəkildə ətraflı təhlil edilib, paralelllər aparılıb, konkret faktlar əsasında mövzuya aydınlıq gətirilib.

Məruzə ətrafında müzakirələrdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitunun professoru, iqtisad elmləri doktoru Təbriz Əliyev, Astara pedaqoji kollecinin direktoru , riyaziyyat üzrə fəlsəfə doktoru Ağababa İbrahimov çıxış edərək ölkəmizdə son illərdə aparılan geniş istiqamətli iqtisadi islahatlardan və qazanılan uğurlardan, qeyri-neft sektorunun inkişafına göstərilən dövlət qayğısından söz açıblar.

Konfrans iştirakçıları adından ölkə başçısı cənab İlham Əiiyevə müraciət qəbul olunub.

Respublika  elmi-praktiki konfransı öz işini  4 bölmədə -- “Riyaziyyat  və təbiət elmləri”, “İqtisadiyyat, aqrar və texnika elmləri”,”Dilçilik və ədəbiyyatşünaslıq”, “Tarix, fəlsəfə və pedaqogika”  bölmələrində davam etdirib.

İ. MİRZƏBƏYLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında