Gəncə: Şənbə günü hamı Heydər Əliyev parkına gəlmişdi…

Bu gün minlərlə Gəncə sakini Heydər Əliyev park-kompleksinə gəlmişdi. Bu park şəhər əhalisinin və qonaqların ən çox sevdiyi yerdir. Parkın son illər daha da gözəlləşməsini bir də onunla izah etmək olar ki, şəhər sakinləri boş vaxtlarında burada ağaclara qulluq etməyi, yaşıllıqların sayını artırmağı, az qala hər kolun nazını çəkməyi sevirlər. Elə şəhər icra hakimiyyətinin Yeni Azərbaycan Partiyası  şəhər təşkilatı ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə təşkil olunan ağacəkmə aksiyası da bu xeyirxah təşəbbüslərin növbəti mərhələsi idi, "Hərəmiz bir ağac əkək" devizi ilə park-kompleksin ərazisində  10 min şam ağacı əkildi. Şəhər ictimaiyyəti və partiya fəalları burada təmizlik-abadlıq işləri apardı, ərazini alaq otlarından, daşlardan təmizlədi, yeni əkilən ağacları suvardı, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstərdilər.

Aksiya gənclərin şən ifa və rəqsləri ilə müşayiət olundu. Qeyd edək ki, gənc fəallar hər həftə mütəmadi olaraq Heydər Əliyev park-kompleksinin ərazisində iməcilik təşkil edir, əkilən ağaclara qulluq göstərirlər.

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında