Ölkəsini tənəzzüldən tərəqqiyə qovuşduran lider

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar paytaxtın Nəsimi rayonunda silsilə tədbirlər keçirilir, idarə, müəssisə və təşkilatlarda, elm, təhsil və səhiyyə ocaqlarında ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilir. Növbəti belə tədbir M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilmişdir.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb. Natiq bildirib ki, ümummilli liderimiz çağdaş Azərbaycanın tarixini və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlmiş və əbədiyaşarlıq qazanmışdır. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurmuşdur.

Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursu layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidentinin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar hazırlanır və onlar nəzərdə tutulduğu vaxtda yerini yetirilir. Prezident İlham Əliyevin qazandığı ümummilli etimad və beynəlxalq dəstək Heydər Əliyev siyasi irsinin böyük qələbəsi, ölkəmizin isə uğurlu gələcəyinin qarantıdır.

 Tədbirdə insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova, Auditorlar Palatasının sədri Vahid Novruzov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Milli Məclisin deputatları Fəttah Heydərov, Eldar İbrahimov, Hadı Rəcəbli, Məlahət İbrahimqızı, Ülvi Quliyev, Çingiz Qənizadə, Sevinc Hüseynova, Vahid Əhmədov, Cavanşir Paşazadə, Elman Nəsirov, Mahir Aslanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və digər rəsmi qonaqlar iştirak edirdilər.

 Azərbaycan Televiziyasının Gülarə Əliyeva adına “Dan ulduzu” ansamblının iştirakı ilə keçirilən konsertdə Fikrət Əmirovun, Müslüm Maqomayevin, Cahangir Cahangirovun, Emin Sabitoğlunun, Tofiq Quliyevin əsərləri ifa olundu. Xalq artisti Mənsum İbrahimovun, əməkdar artistlər Zakir Əliyevin, İlqar Muradovun, Cahangir Qurbanovun, tanınmış incəsənət nümayəndələri – Rövşən Əzizin, Pərviz Qasımovun, Rəşad İlyasovun, Fəridə Hüseynovanın, Səbinə Ərəblinin, Ayşən Mehdiyevanın, Sərxan Bünyadzadənin və digərlərinin ifaları, xüsusilə Əməkdar artist Anar Şuşalının ifasında Sevil Əliyevanın “Ana” mahnısı mərasimi daha rəngarəng etdi.

Tədbir boyunca Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən slayd göstərildi.

 Ə.BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında