90 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən 2018-ci il üçün əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinə başlanılıb. İlkin olaraq 90 nəfər əlilliyi olan şəxs xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Lənkəran rayonundakı istirahət mərkəzinə göndərilib.

İstirahətə yola salınan şəxslər ölkəmizdə əlilliyi olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan işlərin onlarda məmnunluq hissi doğurduğunu vurğulayıblar. Onlar dövlət qayğısı ilə əhatə olunduqlarına, habelə ölkəmizin gözəl təbiətə malik guşələrində istirahət etmələrinə şərait yaradıldığına görə  Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

ƏƏSMN-nin “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” qeyd olunan insanların cəmiyyətə inteqrasiyası, tibbi bərpa olunmalarına köməkliyin göstərilməsi, bədən tərbiyəsi və idmana cəlb edilmələri, asudə vaxtlarının təşkili, onların sosial müdafiəsinin gücləndirilməsi üçün cari ildə həyata keçirilməsi nəzərdə tutulan təbirləri əhatə edir. Əlilliyi olan şəxslərin istirahətə göndərilməsi də həmin proqrama uyğun olaraq, onların  asudə vaxtlarının səmərəli təşkili məqsədinə yönəlib.

Bu məqsədlə cari ildə 1100 nəfərdən çox əlilliyi olan şəxsin respublikamızın səfalı guşələrindəki istirahət mərkəzlərinə göndərilməsi nəzərdə tutulur.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında