Qəbələdə 32,3 hektar sahədə meyvə ağaclarından ibarət yeni meşəbağ-aqrobağ salınıb

Qəbələ Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, Qəbələ rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır, yeni ağac tinglərinin yetişdirilməsi və meşə sahələrinin, eləcə də meyvə bağlarının salınması işləri uğurla davam etdirilir. Rayonun meşə fondunun torpaqlarında meyvə ağaclarından ibarət yeni bağların salınmasına start verilib. Meyvə bağlarının salınmasında müəssisənin tingçilik təsərrüfatında yetişdirilən ağaclardan istifadə olunur. Yaz mövsümündə plana uyğun olaraq rayonun Bum, Vəndam, Yenikənd və Zarağan meşəbəyiliklərinin ərazisindəki dövlət meşə fondunun torpaqlarında 32,3 hektar sahədə meşəbağ-aqrobağ sahəsi salınıb. Bunun 15,5 hektarını fındıq, 7,3 hektarını şabalıd, 8,7 hektarını qoz və 0,8 hektarını alma bağları təşkil edir. Bununla da Qəbələ Rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisənin nəzdindəki dövlət meşə fondunun torpaqları genişləndirilərək 33 min 400 hektara çatdırılıb. 

İ.Əmənullayev,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında