Qəbələdə 8 yaşayış məntəqəsinin yolu yenidən qurulur

Qəbələ Rayon İcra Hakimiyyətindən verilən xəbərə görə, Qəbələ rayonu ərazisində Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx yaşayış məntəqələrini əhatə edən avtomobil yolu yenidən qurulur. Layihəyə əsasən 18 kilometr uzunluğa malik olan yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun yenidən qurulur, yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Bununla əlaqədar yolun yararsız qruntu 34 min kubmetr sahədə qazılaraq çıxarılır, yola yararlı çınqıl materialı tökülərək genişləndirilir, genişləndirilmiş və bitki qatından təmizlənmiş ərazilərdə yenidən kipləşdirmə işləri aparılır və 72 min kubmetr sahədə yeni yol yatağı inşa edilir. Həmçinin 170 min kvadratmetr sahədə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının alt və üst layının layihədə nəzərdə tutulmuş qalınlıqlarda inşasından sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 100 min kvadratmetrdən çox sahəni əhatə edəcək. Yenidənqurma işləri çərçivəsində hazırda süni qurğuların inşası və əsaslı şəkildə bərpası da aparılır. Belə ki, yolboyu mövcud avtomobil körpüləri və körpü məhəccərləri təmir ediləcək, yolun altından suların ötürülməsi üçün mövcud olan suötürücü borular bərpa olunacaq və müxtəlif diametrli 612 poqonmetr uzunluğunda yeni metal, 72 poqonmetr dəmir-beton suötürücü boruların, həmçinin 42 poqonmetr uzunluğunda su keçidinin inşası işləri görüləcək. Bütün işlər tikinti norma və standartlarına uyğun olaraq, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə aparılır. Əraziyə cəlb olunmuş lazımi sayda qüvvənin köməkliyi ilə qısa müddətə tikinti işlərinin yekunlaşdırılması ilə yolboyu zəruri olan yerlərdə 98 ədəd yol nişanı və məlumatverici lövhə, 36 kilometr göstərici və 720 ədəd siqnal dirəyi quraşdırıldıqdan, 69 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkildikdən sonra yol tam müasir şəkildə vətəndaşların istifadəsinə veriləcək. Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolu torpaq və çınqıl örtüklü olduğu üçün gediş-gəlişdə yaşanan çətinliklər yolun yenidən qurulması ilə geridə qalacaq, ən əsası respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna çıxış əldə olunmaqla 8 yaşayış məntəqəsinin hər birinə müasir infrastruktur, rahatlıq və abadlıq gələcək. Bununla da yolboyu yaşayan 10 min əhalinin gediş-gəlişi həm təhlükəsiz olacaq, yük və sərnişindaşınması asanlaşacaq.

İ.Əmənullayev

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında