Səbail rayonunda “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”elmi konfransı keçirilib

Səbail Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə ADPU-nun Heydər Əliyev məktəbinin lektoriyasında “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası” Respublika elmi konfransı keçirilib. Tədbirdə rayon rəhbərliyi ilə yanaşı, müxtəlif dövlət qurumlarının nümayəndələri, Milli Məclisin üzvləri, elm, təhsil və din xadimləri, ziyalıların, gənclərin, ağsaqqalların, veteranların və ictimaiyyətin, YAP-ın Səbail rayon təşkilatının təmsilçiləri iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları ADPU-da xalqımızın ümummilli lideri, müasir, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin heykəli önünə  əklil və tər çiçəklər düzüblər. Sonra qonaqlar Heydər Əliyev muzeyi ilə tanış olublar.

Konfransda giriş sözü ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Heydər Əliyev və Azərbaycan sözləri hər bir azərbaycanlı üçün eyni məna daşıyan sözlərdir. Təbii ki, bu gün birmənalı şəkildə demək olar ki, Heydər Əliyev olmasaydı, müasir Azərbaycan dövləti də olmazdı. Ulu öndərin ölməz ideyalarını, siyasi kursunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirən şəxsiyyət kimi  artıq ölkə tarixində təsdiq olunub.

Eldar Əzizov vurğulayıb ki, məhz Prezident İlham Əliyevin yüksək intellekti sayəsində bu gün Azərbaycan sürətlə inkişaf edir. Hazırkı mürəkkəb dövrdə Azərbaycan kimi ölkənin müstəqilliyini qoruyub saxlaması, onu inkişaf etdirməsi, dünyaya yeni iqtisadi-siyasi siyasət modeli kimi təqdim etməsi, balanslaşdırılmış siyasət yürütməsini yalnız xüsusi istedada malik olan insanlar edə bilərlər və bu gün Azərbaycanda belə insan, sözsüz ki, cənab İlham Əliyevdir.

Konfransda çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev və  ADPU-nun rektoru Cəfər Cəfərov ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi, iqtisadi tərəqqisi və inkişafı istiqamətində gördüyü işlər, ümummilli liderin əsasını qoyduğu və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən inkişaf etdirilən siyasətin uğurları və gələcək perspektivləri barədə danışıblar.

Konfransda ADPU-nun prorektoru Asəf Zamanov “Heydər Əliyev və Azərbaycanda elmi potensialın inkişafı”, ADPU-nun dekanı Fərrux Rüstəmov “Heydər Əliyev və Azərbaycanda milli-pedaqoji fikir tarixinin tədqiqi” mövzularında çıxışlar ediblər. 

Konfransın bölmə iclasında 20-dən çox maraqlı məruzə dinlənilib. Universitetin professor və müəllimləri ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu, iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin, həmçinin idmanın inkişafındakı rolu ilə bağlı maraqlı və məzmunlu çıxışlar ediblər.

Sonda konfrans iştirakçıları adından yekdilliklə bəyanat qəbul olunub, konfransdakı məruzələrin işlənərək kitab şəklində buraxılması qərara alınıb.

Ə. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında