İsmayıllıda oftalmoloq-alim Zərifə xanım Əliyevaya sonsuz ehtiram

İsmayıllı rayonu Mədəniyyət evində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilmişdir.

Tədbirdə rayon mərkəzi xəstəxanasının baş həkimi Aydın Əsədov Zərifə xanım Əliyevanın həyatı və fəaliyyəti barədə ətraflı danışmışdır. Natiq qeyd etmişdir ki, Zərifə xanım Əliyeva fitri istedada malik novator alim, pak və səmimi bir insan kimi yaşadığı mənalı ömrü, keçdiyi şərəfli həyat yolu ilə hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olmuşdur. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.

Sonra şəhər 1 saylı tam orta məktəbin müəllimi Bahar Abdullayeva çıxış edərək, Zərifə xanımı Azərbaycan analarının, xanımlığının ümumiləşmiş simvolu kimi, dövlət xadimi yetişdirən bir valideyn, yüksək elmi nailiyyətləri olan bir alim, yüzlərlə insana həyat nuru bəxş edən bir həkim kimi xarakterizə etmişdir.

Tədbirdə YAP rayon təşkilatı qadınlar şurasının sədri Xuraman Qurbanova, İvanovka xəstəxanasının baş həkimi Mariya Prokofyeva Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etmişlər. Natiqlər qeyd etmişlər ki, Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur.

Tədbirdə iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Zərifə xanım Əliyeva, onu yetişdirən ailə barədə ətraflı danışmışdır. Mirdaməd Sadıqov qeyd etmişdir ki, Zərifə xanım ümummilli lider Heydər Əliyevlə birgə ailələrindən Prezidentimiz cənab İlham Əliyevi milli taleyimizə bəxş etməklə Vətənimizə misilsiz xidmət göstəriblər. Mirdaməd Sadıqov daha sonra onu da qeyd etmişdir ki, ümummilli xoşbəxtliyimizdir ki, Əliyevlər ailəsinin üzvü İlham Əliyev Azərbaycana hələ uzun illər rəhbərlik edəcək, xalqımızı daha uca zirvələrə çatdıracaqdır.

Xatirə günündə Rövşən Teyyubovun ifasında “Ana” və “Alagöz” mahnıları, Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər səsləndirilmiş, film və slaydlar nümayiş etdirilmişdir.

Sonda qeyd edək ki, bundan əvvəl rayon icra hakimiyyətinin təşkilatçılığı ilə İvanovka, Topçu, Tircan, Qalacıq kəndlərində, Lahıc və Basqal qəsəbələrində Rayon Mərkəzi Xəstəxanasında Zərifə xanımın doğum gününə həsr olunmuş tədbirlər keçirilmişdir. Hər bir tədbirdə görkəmli oftalmoloq-alimin həyat və yaradıcılığını əks etdirən film nümayiş etdirilmiş və sərgiyə baxış keçirilmişdir.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında