Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə Qəbələdə möhtəşəm tədbir

Heydər Əliyev mərkəzində YAP Qəbələ rayon təşkilatının Qadınlar Şurası görkəmli elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünü xüsusi ehtiramla qeyd etdilər.Tədbiri giriş sözü ilə Qadınlar Şurasının sədri Arifə Bayramova açdı. O bildirdi ki, görkəmli alim, əməkdar elm xadimi, Rusiya Tibb Elmləri Akademiyasının laureatı, akademik Zərifə xanım Əliyeva tibb elminin inkişafında göstərdiyi xidmətlərə görə görkəmli tibb tədqiqatçıları tərəfindən dünya səviyyəli alim kimi qəbul edilmişdir. Qəbələ Mərkəzi Rayon Xəstəxanasının həkimi Şəhanə Pənahova akademik Zərifə xanım Əliyevanın tibb elminin inkişafında qazandığı uğurlar haqqında məruzə ilə çıxış etdi. Tədbirdə qadınlar şurasının üzvlərindən Sevil Talıbova, Sədaqət Bayramova, Məhəbbət Rüstəmova, Təranə Səlimova ürək sözlərini bildirmiş və Zərifə xanım Əliyevanın görkəmli alim, nəcib insan, mehriban ana, sədaqətli ömür-gün yoldaşı kimi həyat və fəaliyyəti barədə danışmışlar. Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Zərifə xanıma həsr olunmuş şeirlərdən ibarət kompozisiya ilə çıxış etmişlər. Tədbirin sonunda Zərifə xanım Əliyevaya həsr olunmuş filmlərdən fraqmentlər nümayiş etdirilmişdir.

İ.Əmənullayev

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında