Çernobıl əlilləri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar

1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən biridir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə qəbul edilən “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu həmin insanların, onların ailə üzvlərinin sosial müdafiəsinin təmin edilməsi ilə bağlı qanunvericiliyin formalaşmasında mühüm rol oynayıb. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısı Çernobıl əlillərinin də sosial təminatının mütəmadi olaraq gücləndirilməsinə, onlara yönələn dövlət qayğısının artırılmasına səbəb olub.

Qanunvericiliyə əsasən, əlilliklərinin səbəblərinə görə “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlil olanlar iki kateqoriya üzrə müəyyən ediliblər.

“Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlil olanlar ölkəmizdə müharibə əlillərinə bərabər tutulan şəxslər hesab edilməklə, Azərbaycan Prezidentinin müharibə əlilləri üçün nəzərdə tutulan təqaüdü onlara da şamil olunur. Dövlət başçısının 19 fevral 2018-ci il tarixli sərəncamı ilə həmin təqaüdün məbləği növbəti dəfə artırılaraq, cari il martın 1-dən I qrup əlillər üçün 165 manatdan 181,5 manata, II qrup əlillər üçün 143 manatdan 157,3 manata, III qrup əlillər üçün isə 110 manatdan 121 manata çatdırılıb. Ötən dövrdə ƏƏSMN tərəfindən bu təbəqədən olan 200 nəfərə yaxın şəxsə mənzil, 160 nəfərə minik avtomobili verilib.

Bununla yanaşı, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlil olanlar əlilliyə görə əmək pensiyası və ya sosial müavinətlə, habelə “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” I qrup əlil olanlardan əmək pensiyası almaq hüququ olmayanlar isə Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar. Dövlət başçısının müvafiq sərəncamları ilə həmin sosial ödənişlərin də cari ildə növbəti dəfə artırılması təmin edilib.

Çernobıl əlillərinin müalicəsi məqsədilə onlara ildə bir dəfə birdəfəlik müavinət, onlardan I və II qrup əlillərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə aylıq sosial müavinət də ödənilir.

Çernobıl əlillərinin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. istiqamətlərdə də müvafiq işlər aparılır.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında