Çağrı mərkəzi və onlayn resurslar vətəndaşlara xidmət göstərir

Vətəndaşlar daşınmaz əmlakla bağlı yaranan suallarını həm rahatlıqla ünvanlaya, həm də ona cavab tapa bilirlər. Əmlak Məsələləri Dövlət Komitəsi bu işləri məmur-vətəndaş ünsiyyəti minimum olmaqla, innovativ yeniliklərlə, o cümlədən əks zəng sistemi və sosial sorğular vasitəsilə həyata keçirir. Eyni zamanda 193 vahid çağrı mərkəzi, onlayn resurslar da əhalinin xidmətindədir. Bununla vətəndaşların müraciətləri operativ cavablandırılır, dərhal hüquqi yardım göstərilir, qanunvericilik prosedurları izah edilir. Qeydiyyat sahəsində xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması üçün istifadəyə verilən “əks zəng” xidməti və sosial sorğu layihələri bu sahədə işləri təkmilləşdirib. Həmin layihələr vasitəsilə vətəndaşların qeydiyyat prosesinin keyfiyyətinə olan münasibətlərinin canlı olaraq öyrənilməsi və təkliflərin alınması mümkündür.

Ümumilikdə cari ilin ilk rübü ərzində çağrı mərkəzi, onlayn çat, sosial şəbəkə vasitəsi ilə 6 minə yaxın müraciət daxil olub. Onların 3 min 500-dən çoxu 193 vahid çağrı mərkəzinin, 2 min 500-ə yaxını sosial şəbəkələrin, “Privatization.az” portalının onlayn məsləhət pəncərəsinin payına düşür. Daxil olan müraciətlərin 5 mindən çoxu Bakıdan, 1000-ə yaxını isə regionlardan ünvanlanıb. Ümumiyyətlə, qeyd edilən vasitələr üzərindən ay ərzində 2000-ə yaxın müraciət daxil olub, orta hesabla isə gün ərzində 100-dən çox sual cavablandırılıb.

Statistikaya görə 2018-ci ilin yanvar-mart aylarında 193 vahid çağrı mərkəzinə ən çox sorğu tipli müraciətlər daxil olub. Başqa sözlə, müraciətlərin 3000-dən çoxu (89 faiz) sorğu tiplidir.193 vahid çağrı mərkəzinə regionlar üzrə daxil olan sorğu xarakterli müraciətlərin dinamikasına əsasən paytaxt sakinlərinin aktivliyi müşahidə olunur.

Komitə tərəfindən həyata keçirilən bütün bu innovativ layihələrin, xidmətlərin həyata keçirilməsində əsas məqsəd vətəndaş məmnuniyyətinin və rahatlığının təmin edilməsidir.

 

                                                                            Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında