Şəmkir: super turnirə super münasibət

Şəmkirdə keçirilən şahmat yarışlarını hamı böyük maraqla izləyir. Dünyanın ən güclü şahmatçılarının qatıldığı «Shamkirchess» turniri nəinki Şəmkirin, bütövlükdə Azərbaycanın idman tarixində növbəti mühüm bir hadisədir. Qeyd edək ki, Şəmkirdə bu yarışlara olduqca məsuliyyətlə hazırlaşıblar. Oyunların təşkilindən tutmuş, şahmatçıların istirahəti, gəzintisi, müxtəlif görüşləri və sair tədbirlərə kimi nəzərə alınıb və uğurla həyata keçirilir. Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun bu turnirin yüksək səviyyədə keçirilməsi üçün bütün texniki-təşkilati tədbirlərin yüksək səviyyədə təşkil edilməsinə nail olması özünü göstərir və bu, hər addımda hiss olunur. Rayon rəhbəri yarışların gedişini bir daha yoxlamaq üçün dünən yenidən salona gəlmiş, idmançılara uğurlar arzulamışdır.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

        

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında