Gəncənin Nizami prospekti genişləndiriləcək və daha da gözəlləşəcəkdir

          Gördüyünüz bu binalar Gəncənin Nizami prospektində inşa olunacaq. Prospektin Gəncə çayı ilə kəsişdiyi yerdən Heydər Əliyev prospektinə, yəni şəhərin mərkəzinədək olan hissəsi daha müasir görkəm alacaq. Yol kənarındakı primitiv ticarət dükanları, həyət evləri söküləcək, sakinlər  qarşılıqlı razılıq əsasında yeni tikiləcək hündürmərtəbəli binalarda daha geniş və hər bir şəraiti olan mənzillərlə təmin ediləcəklər.

          Gəncə çayı üzərindəki körpüdən Heydər Əliyev prospektinə qədər olan hissədə “Architect World” MMC tərəfindən 7 ədəd müxtəlif bloklu 9 mərtəbəli yaşayış kompleksi inşa ediləcək. Bu binaların birinci mərtəbəsində iaşə xidməti obyektləri, alış-veriş mərkəzləri fəaliyyət göstərəcək. Prospektin genişləndirilməsi layihəsi çərçivəsində evləri sökülmüş 150-dən çox ailənin isə yaşayış yerlərinin ümumi sahəsinə uyğun olaraq həmin binalara köçürülməsi nəzərdə tutulur.

                   Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında