Akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə əlaqədar “Qələbəyə doğru” intellektual oyununun bağlanış mərasimi keçirilib

Aprelin 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə əlaqədar “Qələbəyə doğru” intellektual oyununun bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə Zərifə Əliyevanın xatirəsinə həsr olu­nan “Nur dolu ömür” adlı film nümayiş olunub.

Sonra mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qeyd edib ki, belə bir oyunun finalının Binəqədi rayonunda keçirilməsi alimin xatirəsinə böyük hörmətin əlamətidir.

Azərbaycanın dünyada uşaq və gənclər siyasətinə xüsusi önəm verən az sayda ölkələrdən biri olduğunu deyən AQUPDK-nın sədri Hicran Hüseynova bildirib ki, uşaq və gənclər dövlətin qayğısından faydalanaraq bilik və bacarıq­larını artırmaq üçün çalışmalı, vətənpərvər olmalıdırlar. Akade­mik Zərifə Əliyevanın da gənc intellektuallara böyük diqqət göstərdiyini, onun öz ətrafına daim gəncləri topladığını, onlara yol göstərdiyini vurğu­layan komitə sədri qeyd edib ki, görkəmli oftalmoloq alimin arzularından biri Azərbaycanın uşaq və gənclərini intellektual səviyyəli, bacarıqlı, savadlı görmək olub.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında akademik Zərifə Əliyevanın Azərbaycanı dünyada tanıdan azsaylı şəxslərdən biri olduğunu söyləyib. Ə.Əmiraslanov deyib ki, Zərifə xanım Əliyeva oftal­mologiya sahəsinin ən aktual problemləri ilə məşğul olub. Zərifə Əliyevanın daha böyük uğuru həyatının üç böyük şəxslə - Əziz Əliyev, Heydər Əliyev və İlham Əliyevlə bağlı olmasıdır.

Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva bildirib ki, akademik Zərifə Əliyeva tibb sahəsində böyük alim olmaqla yanaşı, həm də tarixi araşdırmaçı olub. Zərifə xanım o qədər çox işin, qayğı­ların içində tarixi araşdırmalarla da məşğul olub. Azərbaycanın belə qadınlarının olması tari­ximizin xalqımıza göstərdiyi böyük lütfdür.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, gözəl alim olmaqla yanaşı, gözəl həyat yoldaşı da olan Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin gərgin siyasi fəaliyyətində ona hər zaman mənəvi dayaq olub.

Daha sonra “Qələbəyə doğru” intellektual oyununun qalibləri mükafatlandırılıb.

Final yarışında birinci, ikin­ci və üçüncü yerlərin qalibləri olan komandalar diplom və hədiyyələrlə mükafatlandırı­lıb. Birinci yerin qalibi olmuş komandaya “Qələbəyə doğru” kuboku təqdim olunub.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında