Binəqədidə ilin birinci rübünə yekun vurulub

Binəqədi rayonunda 2018-ci ilin birinci rübü üzrə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin (RİH) başçı­sı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, aparatın məsul işçiləri, idarə, müəssisə və hüquq-mühafizə orqanla­rının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov 11 aprel prezident seçkilərində İlham Əliyevin növbəti dəfə prezident seçilməsi münasibətilə bütün binəqədililəri və siyasi həmfikirləri təbrik edib. Başçı daha sonra Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün so­sial-iqtisadi inkişafının yekunla­rına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən danışıb. Hesabat dövründə ölkədə sosial-iqtisadi inkişafın, geniş vüsət alan abad­lıq-quruculuq işlərinin Binəqədi rayonunda da yüksək templə davam etdiyini bildirib.

Hesabat məruzəsi ətrafında çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər Binəqədi ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-qurucu­luq işlərinin tərkib hissəsi kimi, mikrorayon və qəsəbələrdə yeni parklar, xiyabanlar, yaşayış məntəqələrində nümunəvi məhəllələr salındığını diqqətə çatdırıb.

İlqar Süleymanov 2018-ci ilin I rübü ərzində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, prospektlərində, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydan­larda, həmçinin digər infrastruk­tur sahələrində yenidənqurma və əsaslı təmir işlərinin mərhələli və planlı şəkildə həyata keçiril­diyini xatırladıb.

Yığıncaqda YAP rayon təşkilatının sədri Ramiz Göyüşov, gənclər və idman idarəsinin rəisi Elvin Aslanov hesabat dövründə ölkənin, eləcə də Binəqədi rayonunun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən da­nışıb və qarşıda duran vəzifələri müzakirə ediblər.

Sonra şura iclasının qərar layihəsi oxunub.

İclasa yekun vuran RİH-in başçısı Xaləddin İsgəndərov qarşıda duran vəzifələrdən danışıb, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqla­rını verib.

RİH başçısı məmurların daha səy və məsuliyyətlə işləmələrini, vətəndaşların problemlərinin həllinə həssaslıqla yanaşmalarını diqqətə çatdırıb. Bildirib ki, ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən rayonda sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə reallaşdırılması, işsizlik səviyyəsinin azaldılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə mü­vafiq dəstəklərin göstərilməsi, məcburi köçkünlərin problemlərinin həll edilməsi və sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirilməsi qarşıya məqsəd qoyulub.

İclasın sonunda rayonun ictimai-siyasi və sosial-iqtisadi həyatında fərqlənən bir qrup şəxs təltif edilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında