“İnsan alverinə qarşı mübarizə tədbirlərinin təşkili” mövzusunda tədbir

“Polisə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Lənkəran Dövlət Universitetində (LDU) “İnsan alverinə qarşı mübarizə tədbirlərinin təşkili” mövzusunda seminar-mühazirə keçirib.Tədbiri universitetin xarici dillər kafedrasının müdiri , dosent Kamran Kazımov açıb və müzakirə olunan mövzunu bəşəriyyəti narahat edən ağrılı sosial problem kimi dəyərləndirib.

“Polisə Dəstək” ictimai birliyinin sədri Şəmsəddin Əliyev insan alverinin mahiyyəti, yayılma yolları, ona qarşı mübarizə tədbirləri ilə bağlı geniş məruzə edib.Məruzəçi problemin həlli yollarından danışarkən işsizliyin aradan qaldırılmasının , gənclərin ailədə və cəmiyyətdə qayğı ilə əhatə olunmasının vacibliyini önə çəkib və insanların daima məlumatlandırılmasını əsas şərt kimi dəyərləndirib.Qeyd edib ki, insan alveri ilə mübarizənin əsas məqsədi müəyyən qisim insanların köləliyə çevrilməsinin qarşısını almaq, belə cinayətlərlə mübarizədə ictimai fəallığın artırılmasına nail olmaq, cəzanın labüdlüyünü və məqsədini prinsipallıqla reallaşdırmaqdan ibarətdir.

Tədbirin sonunda insan alveri qurbanlarının üzləşdiyi dəhşətlərdən bəhs edən videoçarx nümayiş olunub.

Esmira İSMAYILOVA,
Universitetin əməkdaşı

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında