Dövlət Baytarlıq Nəzarəti Xidmətində seminar keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində Avropa İttifaqının (Aİ) dəstəyi ilə Azərbaycan, Fransa və Macarıstanın kənd təsərrüfatı nazirlikləri tərəfindən birgə həyata keçirilən "Azərbaycanda Epidemioloji Nəzarət Sisteminin Gücləndirilməsi İstiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) Dəstək" Tvinninq layihəsi çərçivəsində "Azərbaycanda bruselyoz xəstəliyinin qarşısının alınması və kökünün kəsilməsi strategiyası" mövzusuna həsr olunan seminar keçirilib.

 DBNX ilə Aİ-nın birgə təşkilatçılığı ilə baş tutan seminarda Tvinninq layihəsini həyata keçirən Azərbaycan, Fransa və Macarıstanın kənd təsərrüfatı nazirliklərinin, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin, Dünya Bankının,  ACİP layihəsinin, Səhiyyə Nazirliyinin, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun müvafiq strukturlarının və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Tədbiri Dövlət Baytarlıq Nəzarəti Xidmətinin İdentifikasiya və təsərrüfatların qeydiyyatı sektorunun müdiri Ramiz Salmanov açaraq həyata keçirilən Tvinninq layihəsinin məqsədindən və ölkədə bruselyoz xəstəliyinə qarşı aparılan mübarizə tədbirlərindən danışıb. Qeyd edib ki, hal-hazırda iri və xırdabuynuzlu heyvanlar arasında peyvəndləmə tədbirləri, eləcə də heyvanlardan bruselyoza görə qan alınaraq seroloji müayinələr aparılır. Gələcəkdə də bu tədbirlərin davamlı olaraq aparılacağını qeyd edən sektor müdiri əminliklə bildirib ki, Aİ-nin və beynəlxalq ekspertlərin verdiyi tövsiyələr və aparılan tədbirlər nəticəsində yaxın illərdə Azərbaycanda insanların və heyvanların bruselyoz xəstəliyindən tamam azad olunmasına nail olunacaqdır.

Seminarda Fransanın ANSES laboratoriyasının şöbə müdiri Kler Ponsarinin “Heyvanlarda bruselyoz xəstəliyinin kökünün kəsilməsi: Fransa – 40 illik təcrübə” və “Azərbaycanda bruselyoz xəstəliyinə qarşı mübarizə: tövsiyələr, perspektivlər” mövzularında təqdimatlarla çıxış edib.

Tədbirin sonunda bruselyoz xəstəliyinə qarşı həyata keçirilən mübarizə strategiyası, gözlənilən nəticələr və tövsiyələr ətrafında DBNX-nin və aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə müzakirələr aparılıb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında