Dövlət Statistika Komitəsində görüş

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Nariman Mannapbekov ilə görüşüb. Görüşdə Dövlət Statistika Komitəsi ilə Asiya İnkişaf Bankı (AİB) arasında əməkdaşlığın inkişaf etdirilməsi, statistika sahəsində kadr potensialının artırılması məqsədi ilə müvafiq təlim kurslarının təşkili məsələləri müzakirə olunub.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov son 15 il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın uğurlu diversifikasiyasına, respublikamızın hərtərəfli sosial-iqtisadi tərəqqisinə nail olmaq üçün tamamilə yeni strategiyanın, makroiqtisadi konsepsiyanın reallaşdırılmasına nail olunduğunu deyib. O,milli statistika sisteminin daha da gücləndirilməsi məqsədilə islahatlar aparıldığını, Dövlət Statistika Komitəsinin beynəlxalq maliyyə institutları ilə, o cümlədən AİB ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Nariman Mannapbekov səmimi görüşə görə minnətdarlıq edib və Azərbaycan statistika sisteminin daha da təkmilləşdiriləsi ilə bağlı həyata keçirilən işlərin müsbət əhəmiyyətini bildirib, Asiya İnkişaf Bankının zəruri dəstəyə açıq olduğunu vurğulayıb.

Görüşdə Dövlət Statistika Komitəsi ilə Asiya İnkişaf Bankı arasında gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında