Qəbələdə meyvəçilik və tərəvəzçilik məhsullarının istehsalına maraq artır

fins.az saytından aldığımız məlumata görə, Qəbələ rayonunda kənd təsərrüfatının ayrı-ayrı sahələri, xüsusən də meyvəçilik və tərəvəzçilik məhsullarının istehsalına maraq xeyli artıb. Hazırda yazlıq bitkilərin əkini ilə bağlı Qəbələnin kəndlərində işlərin qızğın çağıdır.

Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, kəndlərdə tərəvəz məhsullarının yetişdirilməsi üçün torpaq sahələri şumlanaraq əkinə hazırlanır, əraziyə üzvi və mineral gübrələr səpilir. Kəndlərdə quraşdırılan istixanalarda pomidor və xiyar şitilləri yetişdirilir, kartof və kələm əkini, yonca səpini davam etdirilir.

Torpaq sahibləri tərəfindən martın sonunda yazlıq bitkilərin əkininə başlanılıb və bu günədək 959,6 hektar sahədə əkin aparılıb. Heyvandarlığın inkişafını nəzərə alaraq yemə olan tələbatın ödənilməsi üçün yonca, vələmir, yem noxudu və yem çuğunduru əkinlərinə də diqqət artırılıb. Hazırda yazlıq bitkilərin əkini davam etdirilir. Fermerlər mütərəqqi metodlar tətbiq etməklə, məhsuldarlığın artırılmasına çalışırlar.

Rayon üçün bağçılıq da önəmli sahələrdən hesab edilir. Hazırda Qəbələdə 6854 hektar meyvə bağı, 509 hektar üzüm plantasiyaları mövcuddur. Həm əhalinin bu məhsullara olan tələbatının ödənilməsi istiqamətində, həm də rayonda bu meyvə məhsullarını emal edən sənaye müəssisələrinin xam mala olan tələbatının ödənilməsi baxımından meyvə və üzüm sahələrinin genişlənməsinə və məhsuldarlığın yüksəldilməsinə diqqət artırılıb.

İ.Əmənullayev,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında