Suraxanıda ilin birinci rübünün yekunları müzakirə olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqindən irəli gələn vəzifələr Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında ətraflı müzakirə edilib, qarşıda duran vəzifələr konkretləşdirilib.

İclasda məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov vurğulayıb ki, ölkə əhalisinin yüksək fəallığı şəraitində, mütəşəkkil, şəffaf şəkildə keçirilən 11 aprel prezident seçkilərinin möhtərəm Prezidentimiz İlham Əliyevin möhtəşəm və inamlı qələbəsi ilə başa çatması bir daha göstərdi ki, dövlət başçısı ölkəmizə rəhbərlik etdiyi 15 il ərzində xalqın böyük rəğbətini qazanıb. Bu parlaq qələbə münasibətilə cənab Prezidenti rayon ictimaiyyəti adından təbrik edən icra başçısı bildirdi ki, xalqımız qarşıdakı 7 ildə də cənab İlham Əliyevin rəhbərliyilə möhtəşəm uğurlara imza atacaq.

Başçı hesabat dövründə ölkəmizin hər yerində olduğu kimi, Suraxanı rayonunda da müsbət göstəricilər əldə edildiyini diqqətə çatdırıb. Xatırladıb ki, birinci rübdə sənaye məhsulu istehsalı 77,2 milyon manat, tikinti-quraşdırma işləri 8,4 milyon manat, nəqliyyat xidmətləri 3,4 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 22,3 milyon manat manat olub, orta aylıq əmək haqqı 576 manat təşkil edib, əhaliyə 54,8 milyon manat məbləğində pullu xidmətlər göstərilib, 1154 yeni daimi iş yeri açılıb.

Hesabat dövründə rayonda küçələrə və məhəllədaxili ərazilərə ümumilikdə 16,3 min kvadratmetr asfalt örtüyü çəkilib, Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri davam etdirilib.

Natiq birinci rübdə tikinti-quruculuq işlərinin geniş vüsət aldığını, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksində ilk 7 mərtəbəli binanın tikintisinin davam etdirildiyini, yararsız və ya qəzalı binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni binaların tikildiyini, habelə Qaraçuxur qəsəbəsində “ATEF Şirkətlər Qrupu”nun yüksək gərginlikli avadanlıqlar zavodunun inşasının başa çatdırıldığını xatırladıb.

Hesabat dövründə “Ölkəmizi tanıyaq!” tur-aksiyasının Suraxanıda da uğurla həyata keçirilməsi, rayondakı Heydər Əliyev Mərkəzinin səmərəli fəaliyyət göstərməsi, şagirdləri hərbi-idman və turizm oyunlarına cəlb edilməsi, onları ordu sıralarında xidmətə hazırlamaq məqsədilə müxtəlif tədbirlərin reallaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq səviyyəsinin artırılması və tibbi müayinədən keçirilməsi məsələləri diqqət mərkəzində saxlanılıb.

Bildirilib ki, birinci rübdə vətəndaşların müraciətlərinə, onların problemlərinin həllinə diqqət daha da artırılıb, 510 nəfərin iştirakı ilə 10 səyyar görüş-qəbul keçirilib, RİH-in başçısı tərəfindən 228 nəfər vətəndaş qəbul edilib. Qəbullarda səslənən müraciətlərin əksəriyyəti müsbət həll edilib, digər məsələlərlə bağlı müvafiq qurumlara müraciətlər göndərilib.

İclasda çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP rayon təşkilatının sədri Vüqar Seyidov və digər natiqlər qarşıda duran vəzifələrlə bağlı fikir və təkliflərini söyləyiblər.

İclasın sonunda rayonun ictimai-siyasi və sosial-iqtisadi həyatında fərqlənən bir qrup şəxs rayon icra hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif edilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında