"Gənclər Gender Bərabərliyi Məqsədi Uğrunda" toplaşacaqlar

Lənkəranda Astara, Yardımlı, Cəlilabad, Lerik, Masallı rayonlarından olan gənclər üçün "Gənclər Gender Bərabərliyi Məqsədi Uğrunda" təlim kursu keçiriləcək. Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil olunacaq kurs Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və BMT tərəfindən elan olunan 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) arasında yer alan 5 nömrəli “Gender Bərabərliyi”ni əsas tutaraq keçiriləcək. Bu barədə GTMŞ-nın (NAYORA) saytında məlumat verilib. Layihənin keçirilməsində məqsəd gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər arasından Gender Bərabərliyi Məqsədinə çatmaq üçün cənub regionunda yaşayan gənc elçiləri müəyyən etmək və təmsil etdikləri rayonlarda gender bərabərliyini təşviq etməkdir.

Təlim kursu üç gün davam edəcək.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında