Ağstafa ilin birinci rübünə yekun vurdu

Ağstafa rayonunda 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair rayon icra hakimiyyətinin başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək Ağstafada cari ilin üç ayı ərzində görülmüş işləri hərtərəfli təhlil etmiş,  qarşıda duran mühüm vəzifələrdən danışmışdır. Qeyd olunub ki, ilin birinci rübünün yekunları, sosial-iqtisadi göstəriciləri 2018-ci ilin də uğurlu və sürətli inkişaf ili olacağından xəbər verir.

Rayon icra hakimiyyəti başçısının müavini Aydın Hacıyev məruzə ilə çıxış edərək bildirildi ki, 2018-ci ilin 3 ayı ərzində Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 1.0 faiz artmışdır. Keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun ümumi həcmi 2 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 6.8 faiz artmış, nəqliyyat xidmətində 5.7 faiz, rabitə xidmətində 0.9 faiz, ticarət sahəsində 6.3 faiz artım olmuşdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1.9 faiz, pərakəndə əmtəə dövriyyəsi 2.6 faiz artmışdır. Rayon üzrə orta aylıq nominal əmək haqqı 244.90 manata çatdırılmışdır. Əsas kapitala yönəldilən investisiyaların həcmi 2.6 milyon manat olmuşdur. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına rayon üzrə sahibkarlıq subyektlərinə 4 layihə üzrə 33.7 min manat güzəştli kreditlər verilmişdir. Rayon əhalisinin əmanətlərinin həcmi 1 milyon 233 min manat civarındadır və əmanətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə artmışdır.

Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Cari ilin yanvar-mart ayları ərzində rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 460.1 min manat və ya 6.8 faiz artmışdır. Bu, dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiya, texnika təminatı nəticəsində əldə olunmuşdur.

Gündəlikdə duran məsələ ətrafında geniş müzakirələr aparılmış, aidiyyatı üzrə təşkilat rəhbərlərinin arayışları dinlənilmişdir.

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında