Binəqədi rayonunda akademik Zərifə xanım Əliyevanın anım mərasimi keçirilib

Binəqədi rayonunda Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anım mərasimi keçirilib.

Tədbirdən əvvəl rayonun ictimai-siyasi və mədəni həyatında fəal rol oynayan bir qrup qadın 6-cı mikrorayondakı Zərifə Əliyeva parkına gələrək burada görkəmli oftolmoloq-alimin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.

Mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən söz açıb. Bildirib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, əldə etdiyi nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb.

A.Əliyeva daha sonra xatırladıb ki, akademik Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışan natiq, alimin bu sahədə apardığı elmi-tədqiqat işlərinin böyük səmərə verdiyini diqqətə çatdırıb. A.Əliyeva Zərifə xanımın məşhur alim, istedalı insan olmaqla yanaşı, müasir müstəqil dövlətimizin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr edən dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olduğunu bildirib. Zərifə xanım ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı
Prezident İlham Əliyevin anasıdır. Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. Onun işıqlı xatirəsi daim ürəklərdə yaşayacaq.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında