Əmək müfəttişliyi sisteminin səmərəliliyi artırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı, sosial tərəfdaşların iştirakı ilə “Əmək müfəttişliyinin səmərəliliyinin artırılması üçün strategiyanın hazırlanması və müasir texnologiyaların tətbiqi sahəsində beynəlxalq təcrübə” mövzusunda seminar keçirilir.

Seminarın açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev uğurlu sosial-iqtisadi inkişaf strategiyasının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin icrası sahəsində də ölkəmizdə mühüm irəliləyişlərə nail olunmasına imkan verildiyini vurğulayıb. O bildirib ki, bütün əhali üçün layiqli əməyin təmin olunması və qeyri-bərabərliyin aradan qaldırılması da Məqsədlərdəki hədəflərdəndir.

Əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqan olaraq DƏMX-in fəaliyyətinin gücləndirilməsi, maddi-texniki təminatlarının artırılması istiqamətində ötən dövrdə görülən işləri, icra olunan layihələri  diqqətə çatdıran İ.İsayev hazırda Xidmətin “Beynəlxalq Əmək Müfəttişliyi Assosiasiyası”nın üzvü olduğunu, bu Assosiasiyada 12 ölkəni birləşdirən regional “Cənub-şərqi Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişlərinin Alyansı”nda təmsil olunduğunu qeyd edib.

Nazir müavini diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər planı”na uyğun olaraq normativ hüquqi aktların və habelə inzibatçılığın təkmilləşdirilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi, monitorinq və qiymətləndirmə sisteminin qurulması, məlumatlandırma və təbliğat işlərinin təşkili ilə bağlı 36 tədbirin həyata keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərin müəyyən bir qismi məhz əmək müfəttişliyinin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir.

Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov, AHİK sədrinin müavini  Cavanşir Alxasov əmək müfəttişliyinin fəaliyyətində səmərəliliyinin artırılmasının işçilərin əmək hüquqlarının təmin edilməsi mexanizminin məqsədyönlü təşkili baxımından xüsusi önəm kəsb etdiyini diqqətə çatdırıb.

BƏT-in Layiqli Əmək üzrə Texniki Dəstək qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin baş mütəxəssisi Valentin Mokanu layiqli əmək konsepsiyasının icrası ilə bağlı Azərbaycanda aparılan işlərin eyni zamanda əmək müfəttişliyinin fəaliyyətinin təkmil əsaslar üzərində qurulmasına yönələn strategiyanın hazırlanması ilə müşahidə olunmasının təqdirəlayiq olduğunu, hazırkı seminarın da bu işlərə dəstək məqsədi daşıdığını bildirib.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında