Mərkəzi Bank tərəfindən “Təmassız ödəniş kartları” haqqında animasiya hazırlanıb

Mərkəzi Bank “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə proritet istiqamət kimi müəyyənləşdirilmiş “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin icra tədbirlərini davam etdirir. Əhalinin maarifləndirilməsinə, onların maliyyə savadlılığının artırılmasına və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının effektiv müdafiəsi mexanizmlərinin formalaşdırılmasına yönəlmiş bu tədbirlər zamanı müasir intellektual vasitələrdən də istifadə olunur.

 

Mərkəzi Bankın əhali arasında apardığı maarifləndirmə işlərinin əhatəsini daha da genişləndirmək üçün istifadəyə verdiyi “Maliyyə savadlılığı” portalında (www.bizimpullar.az) yeni “Təmassız ödəniş kartları” haqqında öyrədici animasiya yerləşdirmişdir. Animasiyanın hazırlanmasında əsas məqsəd təmassız ödəniş kartların üstünlükləri və yaratdığı imkanlar, bu kartlardan təhlükəsiz istifadə qaydaları barədə əhalini məlumatlandırmaq və onların bu sahədə savadlılığını artırmaqdır.

Animasiyaya keçid linki: https://bizimpullar.az/popup/media/110?cat=Blocks&file=0

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında