Nəsimi rayonu 2018-ci ilin I rübünü uğurla başa vurmuşdur

Nazirlər Kabinetinin 2018-ci  ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prerzident İlham Əliyevin nitqindən irəli gələn vəzifələr Nəsimi  Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş toplantısında ətraflı müzakirə olunmuşdur.

Ümumrayon məclisini giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  Prezident İlham Əliyevin hökumətin iclasındakı nitqində əksini tapmış önəmli məsələlər, ölkə rəhbərinin cari dövrdə qarşıya qoyduğu vəzifələr və konkret tapşırıqlar barədə ətraflı məlumat vermişdir. Respublikada əldə olunan uğurların Nəsimi rayonunun sosial-iqtisadi həyatı üçün də səciyyəvi olduğunu qeyd edən başçı bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son dövrdə rayon ərazisində gerçəkləşdirilən irimiqyaslı layihələrin davamı olaraq, ilin ilk 3 ayında da quruculuq işləri uğurla aparılmış, istehsal və xidmət sahələrində növbəti irəliləyiş təmin edilmişdir.

Məruzədə bildirilmişdir ki, I rübdə rayon üzrə 5 faiz çox sənaye məhsulu buraxılmışdır. Bunun 17 faizi  məhsulun,  83  faizi  isə  istehsal xarakterli  xidmətlərin  payına  düşür. Tikinti  kompleksində  bütün  maliyyə  mənbələri  hesabına 102,8 faiz  investisiyadan  istifadə  edilmişdir,   bu  da  keçən  ilin  müvafiq  dövründəkindən çoxdur.

Bu dövrdə  əhaliyə 33,4 çox   ödənişli  xidmətlər göstərilmişdir. Nəqliyyat  sektorunda 90 milyon 135 min manatlıq  və ya 7,4  faiz  çox  yük və sərnişin daşınmışdır. Rabitə  müəssisələri  isə təşkilatlara və  əhaliyə  2,7 faiz faiz  çox  xidmət göstərmişdir, bunun da 95 faizi  qeyri -dövlət  rabitə  müəssisələrinin payına düşür. Pərakəndə ticarət şəbəkəsindən əhaliyə  37  faiz çox  istehlak malları satılmışdır. Əmtəə dövriyyəsinin 99,9 faizi özəl sektorun payına düşur.

Orta  aylıq  əmək  haqqı  ötən ilin  yanvar--fevral ayları ilə  müqayisədə 9,2 faiz artmışdır. 2018-cı ilin I rübündə 1060 yeni  iş yeri açılmışdır.

İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, nəzərdə tutulan abadlıq-quruculuq layihələri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur. Qəbul olunmuş qərarda, səslənmiş təkliflər nəzərə alınmaqla, ilin II rübünün konkret vəzifələri əksini tapmışdır.

R.TAHİR,
“Xalq qəzeti”

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında