Nehrəm İmamzadəsi bərpa olunub

Ümummilli liderimiz Heydər Əliyev “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə deyirdi: “Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

Bu gün muxtar respublikada tarixi-mədəni irsimizə hörmətlə yanaşılır. Min illərin yadigarı olan abidələrimiz bərpa olunaraq qorunub yaşadılır, gələcək nəsillərə çatdırılır. Nehrəm İmamzadəsində bərpa işlərinin aparılması da bu sahədə görülən işlərin davamıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, aprelin 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Nehrəm kəndinə gəlib, imamzadədə aparılan bərpa işləri ilə tanış olub.

Məlumat verilib ki, XVIII əsrdə inşa olunmuş Nehrəm İmamzadəsi İslam müqəddəsləri ilə əlaqədar yaranmış memarlıq nümunələrindəndir. Burada yeddinci imam Musa Kazımın oğlu Seyid Əqil dəfn olunub. Aşağı hissəsi kvadrat şəklində olan abidənin tavanı tağvari günbəzlə örtülüb. Bərpa işləri aparılarkən türk-islam memarlıq elementlərindən istifadə olunub, imamzadənin tarixi görkəmi qorunub saxlanıb.

İmamzadə ilə tanışlıqdan sonra yeddinci imam Musa Kazımın oğlu Seyid Əqilin ruhuna fatihə oxunub.

Ali Məclisin sədri muxtar respublikada İslam tarixinin bir hissəsi olan imamzadələrin bərpa olunduğunu diqqətə çatdırıb, onların yaranma tarixlərinə nəzər salıb, imamzadələrin əsrlərdən bəri ziyarətgah və inanc yeri kimi fəaliyyət göstərdiyini bildirib. Ali Məclisin sədri Nehrəm İmamzadəsinin tarixi abidə və ziyarətgah kimi qorunub saxlanması, imamzadə haqqında bələdçi mətninin hazırlanması barədə tapşırıqlar verib.

Babək Rayon Dini İcmasının sədri Şahin İsmayılov rayon əhalisi və dindarları adından minnətdarlıq edərək deyib ki, muxtar respublikada tarixi-mədəni irsimizə qayğı göstərilir, mənəvi dəyərlərimiz qorunub yaşadılır. Yeni məscidlər tikilir, ziyarətgahlarımız bərpa olunur, dindarlar üçün hərtərəfli ibadət şəraiti yaradılır. Nehrəm İmamzadəsinin bərpa olunması da tarixi və dini-mədəni irsimizə göstərilən qayğının daha bir ifadəsidir.

İmamzadənin həyətində də geniş abadlıq işləri aparılıb.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında