Məhsul istehsalçılarına yeni texnikalar təqdim olundu

“Aqrolizinq” ASC-nin Şirvan Şəhər Təchizat Bazasında fermer və torpaq istifadəçilərinə ölkəyə gətirilən müxtəlif növ kənd təsərrüfatı texnikası təqdim olunub. Bu münasibətlə təchizat bazasında təşkil olunan tədbirdə fermerlər, torpaq mülkiyyətçiləri, məhsul istehsalçıları və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Aqrar sektorun inkişafı ilə əlaqədar 2018-ci ildə “Aqrolizinq” ASC tərəfindən pambıqçılıqda istifadə olunan 3460 ədəd müxtəlif növ kənd təsərrüfatı texnikası sifariş edilib. Artıq bu texnikaların bir hissəsi respublikaya gətirilərək istehsalçılara paylanılıb.

Vurğulanıb ki, kənd təsərrüfatının müxtəlif sahələrinə dair Dövlət proqramlarına əsasən ölkəyə çəltikçilik, çayçılıq və sitrus meyvələrinin inkişaf etdirilməsi məqsədilə müasir texnikalar gətirilməkdədir. Bu il ilk dəfə olaraq çəltikçiliyin inkişaf etdirilməsi məqsədilə Yaponiyanın “Kubota”, Cənubi Koreyanın “Kito Deadonq” firmalarının istehsalı olan 30 ədəd yeni çəltikçilik texnikası Lənkəran, Astara, Masallı rayonlarında fermerlərə təqdim olunub.

Ölkədə taxılçılığın inkişaf etdirillməsi ilə əlaqədar olaraq 2018-ci ildə ABŞ-ın “Con Deer”, Almaniyanın “Claas”, Finlandiyanın “Sampo” və başqa firmaların istehsalı olan 260 ədəd taxılyığan kombaynın gərilməsi də nəzərdə tutulur.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında