Yeni hərraca hansı dövlət əmlakları çıxarılacaq?

Əmlak Məsələləri Dövlət Komitəsi mayın 15-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirəcək. Budəfəki hərraca 116 dövlət əmlakı çıxarılacaq. Bunlardan 18-i səhmdar cəmiyyəti, 38-i kiçik dövlət müəssisəsi, 50-si qeyri-yaşayış sahəsi, 10-u isə nəqliyyat vasitəsidir.

 

Komitənin mətbuat xidmətinin məlumatına görə, hərraca “Zaqatala Fındıq”, “Anar”, “Xəzər Avtonəqliyyat”, “Lənkəran Mebel”, “Salyan Kəndkimya” və digər səhmdar cəmiyyətləri çıxarılacaq. Özəlləşdiriləcək kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklardan 19-u xidmət, 6-sı kənd təsərrüfatı, 5-i iaşə, 5-i sənaye, 3-ü təmir sahələri obyektləridir.

Budəfəki hərracda sərfəli qiymətə - 1 500 manata da əmlak tapmaq olar. Gəncə şəhərində yerləşən, ümumi faydalı sahəsi 47 kv.m, torpaq sahəsi 58,9 kv.m olan 32 saylı mağaza bu qiymətə özəlləşməyə çıxarılacaq. Cəmi 150 manat beh ödəməklə hərraca qoşulmaq mümkündür.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən 37-si paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 16 kv.m ilə 419 kv.m arasında dəyişir. Bununla investorlar hərracda öz imkanlarına və biznes planlarına uyğun olaraq istənilən ölçüdə əmlak tapa bilərlər.

Nəqliyyat vasitələrinin isə markalıları müxtəlifdir. Həmin avtomobillərin ilkin start qiyməti 800 manatla 22 min 500 manat arasında dəyişir. 80 manat beh ödəməklə QAZ-31029 markalı maşına sahib olmaq olar. Avtomobillərin əksəriyyəti Avropa istehsalı olan nəqliyyat vasitələridir. Buraxılış tarixləri isə 1994-2007-ci illəri əhatə edir.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında