Aprel şəhidləri anılıb

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri  Q.Paşayeva, "Aprel--2016: Şəhid ailələrinə dəstək” İctimai Birliyinin həmtəsisçiləri Sevinc Alızadə və Aida Eyvazlı  Qobustan və Şamaxıda Aprel döyüşlərinin qəhrəman şəhidlərinin ailələrini ziyarət ediblər. 

Şamaxıda  qəhrəman şəhidlər  Samir Kaçayev, Nazim Zəkarayev  və Elşən Səmədovun, Qobustanın Bədəlli kəndində  Orxan Müstəcəbovun ailəsini və şəhid atası Qobustan Əzizxanlını ziyarət zamanı Milli Məclisin deputatı Q.Paşayeva deyib ki, şəhidlərimiz kimi, onların ana-ataları da bizim üçün çox qiymətlidir. Millət vəkili Aprel zəfərinin ölkəmiz üçün önəmindən, düşmənə böyük zərbə olmasından danışaraq, --“belə qəhrəman oğulları böyüdən sizin kimi ata-anaların qarşısında baş əyirik”,-- deyib. Ali Baş Komandanımız, cənab Prezidentin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran Q.Paşayeva böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün görülən işlərin daha da artacağına inandığını deyib. Bu istiqamətdə fəal işlər görmək üçün  yeni yaradılmış "Aprel-- 2016 Şəhid ailələrinə dəstək " İB-nin də şəhid ailələri ilə bağlı məsələlərdə hər zaman fəal olacaqlarına inandığını bildirib. Millət vəkili görüşlər zamanı bildirib ki, şəhid ailələri Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər.

"Aprel-- 2016 Şəhid ailələrinə dəstək " İB-nin  həmtəsisçisi, qəhrəman şəhid Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə və digər həmtəsisçi Aida Eyvazlı da yeni yaratdıqları təşkilatın  qəhrəman şəhidlərin gənclər arasında daha çox təbliğ olunmasına diqqət edəcəklərini və şəhid ailələrini hər zaman diqqətdə saxlayacaqlarını bildiriblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında