BANM-ın tələbələri Kompleks Qazma İşləri Trestində işləyəcək

 

Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-ın Kompleks Qazma İşləri Tresti və tələbələr arasında görüş keçirilib. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, adı çəkilən trestin qazma departamentinin rəisi Əli İsayev, xarici əlaqələr şöbəsinin rəisi Orxan Qurbanzadə, qazma mühəndisi Orxan Salmanov və digər məsul əməkdaşları, həmçinin ali məktəbin neft-qaz mühəndisliyi  ixtisası üzrə II, III və IV kurs tələbələri iştirak ediblər.

Görüşü rektor Elmar Qasımov açaraq qazma işləri və qazma mühəndislərinin neft sənayesində mühüm rola malik olduğunu qeyd edib. Bu cür məsuliyyətli peşəyə kadr axtararkən  BANM-ın tələbələrinə üstünlüik verilməsindən məmnunluğunu bildirən Elmar Qasımov bu etimada görə Kompleks Qazma İşləri Trestinin rəhbərliyinə təşəkkürünü bildirib. Rektor qeyd edib ki, neft-qaz sektoru üzrə yüksək ixtisaslı, ingilis dilli mühəndislər hazırlayan BANM-ın tələbələrinin ən çətin işin öhdəsindən gələ biləcəyinə əmindir.

Kompleks Qazma İşləri Trestinin Qazma departamentinin rəisi Əli İsayev isə öz çıxışında şirkət və onun fəaliyyəti haqqında məlumat verib, tələbələrə onlar üçün yaradılacaq şəraitdən, istehsalat təcrübələrindən və iş imkanlarından söz açaraq onları doğma SOCAR-da çalışmağa ruhlandırıb.

Daha sonra Kompleks Qazma İşləri Trestinin qazma mühəndisi Orxan Salmanov tələbələrə Trestin fəaliyyətini geniş şəkildə başa salmaq üçün böyük təqdimatla çıxış edib. Şirkətin məqsədi, strukturu və dörd istiqamətli fəaliyətindən ətraflı danışan mühəndis, Trestin dənizdə 318, quruda isə 483 quyusunun olduğunu bildirib. Orxan Salmanov qeyd edib ki, Kompleks Qazma İşləri Tresti BANM-ın 30-a yaxın tələbəsini istehsal təcrübəsinə cəlb edərək qazma işlərinin dərinliklərini öyrətməyə hazırdır. Eyni zamanda o qeyd edib ki, 5-ci kurs tələbələrinin də qazma mühəndisi olaraq işə götürülməsi nəzərdə tutulmuşdur.

Görüş tələbələrlə qonaqlar arasında sual-cavab və müzakirələrlə yekunlaşıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında