Tərtər rayonu

Tərtərlilər indiki 11 aprel seçkisinə bu rayonun da taleyində misilsiz rol oynamış Aprel döyüşlərinin ikinci il dönümünün ölkəmizdə böyük öyünclə yad olunduğu günlərin təntənə əhvalı ilə gəlmişlər. Xalqımızın qələbə əzmini hədsiz dərəcədə yüksəltmiş bu hərbi əməliyyatlar nəticəsində rayonun təhlükəsizliyi əhəmiyyətli dərəcədə möhkəmlənmiş, quruculuq işlərinin həcmi və dinamizmi xeyli artmışdır.

Elə buna görə də rayon seçicilərinin budəfəki prezident seçkisi günü siyasi fəallığı xüsusi seçilirdi. Öyrəndik ki, səsvermə gününədək sayları 40 min 928-ə çatan rayon seçicilərinin 38 min 38 nəfəri 95 saylı Tərtər Seçki Dairəsinin 38 məntəqəsində, 2 min 890 nəfəri isə 97 saylı Goranboy-Ağdam-Tərtər Dairəsinin 3 məntəqəsində səs verməyə bildiriş almışdır. 8 məntəqədə vev-kamera quraşdırılmışdır. Seçicilərin yaş tərkibi də maraqlıdır: 17 nəfərin yaşı 100-dən yuxarıdır, 1417 nəfər 80-dən yuxarı yaşdadır, 141 nəfər isə ilk dəfə səs vermək hüququ qazanıb.

95 saylı Tərtər Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində səsvermənin gedişi ilə maraqlanarkən ilk dəfə səs verən gənclərdən biri ilə müsahib olduq. Duyğulu olduğunu gizlədə bilməyən Şəbnəm Mahmudlu dedi:

--Prezident seçkisi kimi tarixi bir aksiyada iştirak etmək insan həyatında unudulmaz hadisədir. Yeniyetmə yaşlarımdan mən də bu günü intizarla gözləmişəm. Nəhayət, bu hüququndan istifadə edərkən bir istəyimə də çatdım. Bizim rayonun gəncləri dövlət başçısı İlham Əliyevi dərin zəkalı, möhkəm iradəli, tükənməz enerjili bir qəhrəman kimi də sevir, onun hər addımını, hər qərarını rəğbətlə izləyirlər. Bu mənada bu gün mən həm də öz sevimli qəhrəmanıma səs verdim. İnanıram ki, müstəqilliyimizin ilk addımında ulu öndər Heydər Əliyev müstəqilliyimizi məhv olmaqdan azad etdiyi kimi, onun sadiq davamçısı İlham Əliyev də doğma Qarabağımızı illərin bəlasından qurtaracaq. Onun cəbhədə 2 il əvvəlki qətiyyəti və müdrikliyi biz gəncləri göylərə qanadlandırıb. Mən bax bu ucalığa səs verdim.

Tərtər seçki dairəsinin 28 saylı məntəqəsində səs verən 88 yaşlı Yediyar Əhmədovun söylədikləri isə ahıl seçicilərin seçim əhval-ruhiyyəsini ifadə etdi:

--II Dünya müharibəsindən bu yana çoxqanlı-qadalı hadisələr görmüşəm. Son illərdə dünyada narahatlıq durmadan artır. Böyük dövlətlər öz maraqlarını bir-binə güzəştə getmirlər, qan-qan deyirlər. Düşmən qüvvələrin ölkəmizə münasibəti də yumşalmır, bizi özlərindən asılı vəziyyətə salmağa çalışırlar. Ermənistan da onların əlində bizə qarşı namərd bir  alətdir. Belə bir vaxtda Azərbaycan unudulmaz rəhbərimiz Heydər Əliyevin yolu ilə getməli, onun ağıl və iradəsi ilə idarə olunmalıdır. Ona görə də biz yaşlı insanlar belə bir lideri çoxdan İlham Əliyevin şəxsiyyətində tapmışıq. Biz İlham Əliyevi ümummilli liderin alternativsiz davamçısı, dəyişməz Preidentimiz kimi görür və bu dəfə də ona səs veririk.

Bu gün tərtərlilərin gənci də belə düşünür, orta yaşlısı da, qadını da, qocası da. Onlar bu qənaətlərini seçki məntəqələrinə ellikcə gəlmələri və qəti seçimləri ilə bir daha təsdiqlədilər.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında